Ölkə

Beyləqanda ayaqyolu açılışında himn oxutduran icra başçısı haqda ilginc məlumatlar yayılıb

12-05-2016, 18:25

İcra baçısının müəmmalı təhsili: "10 ilə tələbə də oldu, elmlər doktoru da..."


İcra baçısının müəmmalı təhsili:
Beyləqanın icra başçısı haqda ilginc xəbər yayılıb.

Vizual.az-ın məlumatına görə, icra başçısı Vaqif Abdullayev 1956-cı ildə anadan olub. O, 40 yaşında - 1996-cı ildə ali məktəbi bitirib. Cəmi 2 il sonra - 1998-də elmlər namizədi olub. İnstitutu bitirəndən cəmisi 8 il sonra (2004-də) elmlər doktoru, vur-tut 11 il sonra (2007-də) professor olub.

Gəlin rəsmi məlumata diqqət edək: 1996-cı ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu fərqlənmə diplomu ilə bitirmiş, 1998-ci ildə siyasi elmlər üzrə namizədlik dissertasiyası, 2004-cü ildə siyasi elmlər üzrə doktorluq dissertasiyasını müdafiə edərək alimlik dərəcəsi almışdır. 2007-ci ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə professor adı verilmişdir. Yeni Azərbaycan Partiyası siyasi şurasının üzvüdür.

1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidenti İcra aparatının nəşri olan "Yurd” jurnalında şöbə müdiri, 1994-2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsində məsləhətçi vəzifəsində işləmişdir. II çağırış Milli Məclisin deputatı olub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]