Dünya

Muəmmar Qəddafinin oğlu azadlıqda

11-06-2017, 09:41

Liviyaya 1969-cu ildən rəhbərlik edən və 2011-ci ildə devrilərək linç edilən Muəmmar Qəddafinin oğlu Seyfülislam Qəddafi azadlığa buraxılıb.

"Ölkə.Az" xəbər verir ki, o, ölkənin şimal-qərbindəki Zinta şəhərini tərk edib. Bu barədə Zinta şəhərindəki “Abu Bəkr əs-Siddiq” silahlı dəstədən məlumat verilib. Məlumatda deyilir ki, Seyfülislam Qəddafi Liviya parlamenti ümumi əfv fərmanına düşüb.

“Biz Seyfülislam Qəddafini bağışladıq. O tam azaddır. Biz təsdiq edirik ki, Seyfülislam Qəddafi Zinta şəhərini tərk edib”, - deyə məluamtda bildirilib.

Qeyd edək ki, 2011-ci ilin fevral ayının ortalarında Liviyada 40 ildən artıq bir dövrdə ölkəyə rəhbərlik edən M.Qəddafinin istefası tələbilə kütləvi nümayişlər başlayıb. Sonradan bu nümayişlər hökumət qüvvələri ilə üsyançılar arasında silahlı toqquşmalara çevrilib.

Həmin ilin martın 17-də BMT TŞ Liviya üzərində uçuşsuz zona tətbiq edib. Uçuşsuz zonanın təmin olunması, silah satışına qadağanın tətbiqi və mülki vətəndaşların müdafiəsi üçün Qərb ölkələrinin koalisiyası martın 19-da Liviyada hərbi əməliyyatlara başlayıb. Bu əməliyyatlara rəhbərlik bir neçə gündən sonra tam şəkildə NATO-ya keçib.

Altı ay davam edən hərbi əməliyyatların gedişində Qəddafi rejiminin əleyhdarları, demək olar, ölkənin bütün ərazisində nəzarəti ələ ala biliblər. Hərbi əməliyyatda dönüş avqustun üçüncü ongünlüyündə, müxalifət qüvvələrinin NATO aviasiyasının dəstəyi ilə Liviyanın paytaxtı Tripolini tutduqdan sonra baş verib. 42 il Liviyaya rəhbərlik edən Müəmmər Qəddafinin özü isə MKŞ tərəfdarları onu tutduqdan sonra Sirt şəhərində ölüb.

Onun oğlanları Seyf əl-Ərəb, Hamis və Mutasim Qəddafilər 2011-ci iləd Liviyada gedən döyüşlərdə öldürülüblər. Onun bir oğlu Hannibal və qızı Aişə Qəddafi isə Umman adalarına qaçıblar. Onlarla birgə Qəddafinin arvadı Səfiyə də Ummana gedib. Bir müddət sonra, 2015-ci ildə Hannibal Qəddafi ilə Səfiyə Qəddafi Livana gediblər. Hannibal Livanda həbs edilib və bir müddət saxlanılıb.

2011-ci ildə Seyfülislam Qəddafi Nigerə qaçmağa cəhd edib. Lakin bu cəhd uğursuz olub və onu tutublar. Ölkənin şimal-qərbindəki Zinta şəhərindəki həbsxanada saxlanılan Seyfülislam Qəddafi barədə 2015-ci ilin iyul ayında edam hökmü çıxarılıb. Lakin sonradan polislər oğul Qəddafini Trablus orqanlarına verməyi rədd ediblər. Edam cazəsı bu səbəbdən də yerinə yetirilməyib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]