Siyasət / Dünya

Daha bir ölkəyə homoseksual rəhbərlik edəcək

3-06-2017, 04:10
Daha bir ölkəyə homoseksual rəhbərlik edəcəkLeo Varadkar İrlandiyanın yeni baş naziri seçilib.

Qaynarinfo.az xəbər verir ki, hindistanlı miqrant ailədən olan 38 yaşlı Leo Varadkar İrlandiyanın hakim partiyası tərəfindən seçilib və 66 yaşlı Enda Kennini əvəzləyib. Leo Varadkar ölkənin bu günə qədər seçilmiş ən gənc baş naziridir. O, həmçinin katolik İrlandiyada ilk homoseksual baş nazir statusunu da qazanmış oldu.

Qeyd edək ki, 2013-cü ildən Lüksemburqa rəhbərlik edən baş nazir Xavier Bettel də homoseksualdır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]