Siyasət

Qəddafi vəsiyyətində Obamanın sirrini bu cür açır - MARAQLI

23-05-2016, 19:13
Bir zamanlar dünya mətbuatının gündəmində yalnız bu insan yer alardı. Hələ o zaman Suriya münaqişəsi də başlamışdı. İsgəndəri, Əmir Teymuru görən qoca dünya, hələ onda Qəddafili dünya idi. Amma onu da öldürdülər. Gizləndiyi yerdə tapıb "Mən sizin atanızam, məni öldürməyin, günahdı” deməsi də karına yetmədi. Amma ölümündən qabaq öz vəsiyyətini yaza bilmişdi.
Vəsiyyətin ölümündən 3 gün öncə yazılması iddia olunur. Həmin vəsiyyət Qəddafinin 3 qohumuna göndərilib. Onlardan biri öldürülüb, digəri qaçıb, üçüncüsü isə həbs edilib. Öz vəsiyyətində Qəddafi onun doğma şəhəri olan Sirt şəhərində müsəlman adəti ilə öz valideynlərinin yanında dəfn edilməsini bildirib. Eyni zamanda ölümündən sonra ailəsinin, xüsusən qadın və uşaqların Liviya xalqı tərəfindən qorunmasını xahiş edib. Qəddafi tərəfdarlarına "xarici müdaxiləyə qarşı mübarizəni və müharibəni dünən, bugün və sabah davam etmək” çağırışı edib. 

Moderator.az bu yazısında vəsiyyətin ən maraqlı hissəsini təqdim edir. Burada o ABŞ prezidenti Barak Obamadan da danışır, onu günahlandırır. Onun hücumuna məruz qaldığını bildirir:

"Hazırda mən Afrikanın kiçik oğlu Obamanın hücumuna məruz qalmışam. O bizim müstəqilliyimizi, pulsuz təhsilimizi, pulsuz səhiyyəmizi, pulsuz evlərimizi "kapitalizm” adlanan quldur sistemə çevirmək istəyir. Onlar bilməlidirlər ki, mən xalqımız azadlığı üçün son nəfəsimə qədər vuruşmağa hazıram. Ulu Tanrı bizi vicdanlı və azad qalmağımıza yardım et.   

Amma Obama ABŞ-Liviya münasibətlərində yeni fiqur idi. O hətta Reyqanla da mübarizə aparıb. Ərəb birliyi üçün. Ərəb müstəqilliyi üçün...

40 il, əslində  bəlkə də  daha çox, heç dəqiq yadımda da deyil, mən əlimdən gələn hər şeyi edirdim, əlimdən gələn hər şeyi edirdim ki, insanlara evlər,  məktəblər xəstəxanalar verim (verə  bilim). Onlar ac olanda onlara yemək də verirdim. Mən Benqazi ətrafındakı səhralığı kənd təsərrüfatı  üçün istifadəyə  yararlı  bir vasitəyə çevirdim. O mənim mənəvi  qızımı öldürəndə, mən kovboy Reyqanın bombalarının altında dayanmışdım.  O,  məni öldürməyə çalışırdı amma mənim əvəzimə günahsız uşağı ölürdü. Mən  onda  Afrikada  yaşayan  bacı və qardaşlarıma Afrika Birliyinin  qurulması  üçün  maddi  kömək edirdim.  Milli komitələri  bizim  ölkənin hər yerində yayaraq, mən, insanların əsl demokratiyanın mahiyyətini anlamaları üçün əlimdən gələn hər şeyi edirdim”. 

Artıq beş ildir ki, Qəddafi Liviya diktatoru deyil. Amma onun vəsiyyətinin sonundakı bu cümlələr xalqına olan sevgisini açıq-aşkar təcəssüm etdirir:
"Mən ölmək istəmirəm, amma əgər bu mənim torpağımı, xalqımı,minlərlə adamı, bütün uşaqlarımı  xilas etmək üçün lazımdırsa, onda  qoy belə olsun. Onlara görə onları xilas etmək üçün ölərəm”.

Elmin Nuri

Administratorla əlaqə

077 611-55-22

[email protected]