Əsas Səhifə / Dünya

“İslam dövləti” terror təşkilatının başçısı Əbu Bəkr əl-Bağdadi yeməyində olan zəhərdən zəhərlənə bilərdi

3-10-2016, 16:00

“İslam dövləti” terror təşkilatının başçısı Əbu Bəkr əl-Bağdadi yeməyində olan zəhərdən zəhərlənə bilərdi
Oxu.Az "Al Sumaria”ya istinadən xəbər verir ki, bu barədə İraq vilayəti Naynavada olan mənbə bildirib. 

"Kəşfiyyatın məlumatına görə, İŞİD başçısı Əbu Bəkr əl-Bağdadi və daha üç komandir yeməklərinə qatılan zəhərdən zəhərlənə bilərdilər”, - mənbə bildirib. 

O dəqiqləşdirib ki, hadisə Mosul şəhərinin İŞİD-in 2014-cü ildə ələ keçirdiyi cənubi-qərbində baş verib. Qeyd edilir ki, qruplaşma təşkilatın liderinin olduğu rayonda həbslərə başlayıb.  

İyunun ortasında "İslam dövləti” qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın aviazərbələri nəticəsində öldürüldüyü barədə məlumat yayılmışdı. Amma bu məlumat təsdiqlənmədi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]