Xəbərlər

Stokholm terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb – FOTO

7-04-2017, 23:24

Xeberman.com APA-ya istinadən məlumatına görə, bu barədə İsveçin SVT kanalı məlumat verib.

“İlkin məlumata görə, Stokholmda baş verən hadisə nəticəsində 4 nəfər ölüb, 12 nəfər yaralanıb. Terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb”, deyə İsveç paytaxtı polisinin nümayəndəsi Lars Bistryom bildirib.

Xatırladaq ki, bu gün İsveçin paytaxtı Stokholmun mərkəzində sürücü yük maşınını insanların üstünə sürüb.

21:20

İsveç polisi Stokholmda terror aktı törətməkdə şübhəli bilinən şəxsin fotosunu yayıb.

Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, onun artıq axtarışa verildiyi bildirilir.

Qeyd edilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının hücum barədə məlumatları olmayıb.

Xatırladaq ki, bu gün İsveçin paytaxtı Stokholmun mərkəzində sürücü yük maşınını insanların üstünə sürüb. İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]