Dünya

Fransa bu şəxsi axtarır – Foto

15-11-2015, 19:43
Fransa bu şəxsi axtarır – Foto

Fransanın paytaxtı Parisdə baş verən silsilə teraktı törədən üç qardaşdan biri qaçmağı bacarıb.

Bu barədə Fransa təhlükəsizlik qüvvələrindən məlumat verilib. Xəbərə görə, qaçan terrorçunun tutulması istiqamətində əməliyyat davam edir.

Polis terror aktını törətməkdə şübhəli bilinən Saleh Əbdislamın fotosunu yayıb. Brüsseldə doğulan terrorçunun 26 yaşı var.

Qeyd edək ki, Parisdə baş verən terror hücumlarında bu üç qardaş iştirak edib. Qardaşlardan biri Belçikada həbs olunub, digər isə hücum zamanı öldürülüb.

regionxeberleri.com
Fransa bu şəxsi axtarır – Foto

Administratorla əlaqə

077 611-55-22

[email protected]