Mədəniyyət

Xalça muzeyinin işdən çıxarılan direktoru yenidən muzeydə peyda oldu

4-01-2016, 14:15
Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin işdən uzaqlaşdırılan direktoru Röya Tağıyeva yanvarın 4-də yenidən muzeydəki kabinetində peyda olub. Onun kabinetində nə işlə məşğul olduğu bilinmir. Məlumata görə, R.Tağıyeva muzeyə iki fəhlə ilə gedib. Oradan nə aparmaq istədiyi isə bəlli deyil. 

Yada salaq ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclasında 71 yaşlı R.Tağıyevanın işinə 1 yanvar 2016-cı il tarixində son veriləcəyini bildirmişdi.

Bundan bir qədər əvvəl isə R.Tağıyevanın muzeydəki fəaliyyəti haqda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə şikayət daxil olmuşdu. Muzeydə "ölü can”ların saxlanıldığı, əmlakların talandığı haqda məlumatlar vardı.

Administratorla əlaqə

077 611-55-22

[email protected]