Siyasət

Onlar səmimi savadsız adamlardı

28-02-2016, 14:52

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin xalq artisti İlhamə Quliyevanın vida mərasimindəki çıxışı zamanı səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb.

Turizm eksperti Azər Bayramov nazirin söylədiyi fikirlərə münasibət bildirib.

"Avropanın Səsi”nin məlumatına görə, A.Bayramov deyib ki, insan layiq olmadığı yerdə olduğu zaman belə səhvlər etməsi adi hal kimi qarşılanmalıdır.

Onun sözlərinə görə, bir çox nazir kimi, Əbülfəs Qarayev də bu postda təsadüfü şəxslərdən biridir: "Hər kəs bilir ki, Əbülfəs Qarayevin  yüksəlişində, onun bəstəkar Qara Qarayevin qardaşı oğlu olması amili çox böyük rol oynayıb. Həmçinin Əbülfəs Qarayev 1989-1993-cü illər arasında təhsiliylə bağlı Moskvada olarkən indiki prezident İlham Əliyevlə yaxın dost olmuşlar. Məhz bunun bariz sübutudur ki, Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdən cəmi 1 il sonra Qarayevə oğlu İ.Əliyevin xətrinə nazir postunu hədiyyə etmişdir. Ona görə də bu cür təsadüfi adamların nazir olaraq belə qeyri-ciddi fikirlər səsləndirilməsində qəribə heç nə yoxdur. Onlar səmimi savadsız adamlardı”

Qeyd edək ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İlhamə Quliyeva ilə vida mərasimində "şəhidlərimizin sırasına böyük sənətkarımız İlhamə Quliyevanın da adını yazmaq olar” ifadəsi sosial şəbəkələrdə etirazlarla qarşılanmış və nazirin üzr istənilməsi tələb olunmuşdu.

Administratorla əlaqə

077 611-55-22

[email protected]