Media

Bəzi saytların bloklanması ilə bağlı məhkəmə təxirə salındı

28-04-2017, 00:27
Bəzi saytların bloklanması ilə bağlı məhkəmə təxirə salındı
Bu gün Səbail Rayon Məhkəməsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin "Azadlıq" qəzetinin azadlıq.info, "Azadlıq" radiosunun azadlıq.org, azərbaycansaatı.com, Meydan.tv saytları və "Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı mülki iddiası əsasında məhkəmə iclası başlayıb.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Nurəddin Bağırov sədrlik edib. Ərizəçinin nümayəndəsinin etibarnaməsi olmadığına görə, məhkəmə iclası mayın 1-nə kimi təxirə salınıb.

Qeyd edək ki, adı çəkilən saytların bloklanması barədə mərkəz mülki iddia ilə bir müddət əvvəl məhkəməyə müraciət edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]