Media

Azərbaycanda girişi qadağan olunmuş saytlar

26-04-2017, 22:38
Azərbaycanda girişi qadağan olunmuş saytlar
Azərbaycanda bir neçə media qurumunun saytının bloklanması üçün məhkəməyə müraciət olunub. Xeberman.com saytı "Qafqazinfo"ya istinadən verdiyi xəbərə görə, bu barədə hüquqşünas Xalid Ağaliyev məlumat verib.

O bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi “Azadlıq” qəzetinin azadlıq.info, “Azadlıq” radiosunun azadlıq.org, azərbaycansaatı.com, Meydan.tv saytlarının və “Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət edib.

Məhkəmə prosesi aprelin 27-si saat 11:20-də başlayacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]