Xəbərlər

Bakı metrosunda sərnişin relslərin üzərinə yıxılıb – YENİLƏNİB + FOTO

20-04-2017, 12:06

Bakı metrosunun “Nizami” stansiyasında qatar relslərinin üzərinə yıxılaraq xəsarət alan kişi hazırda komadadır.

Xeberman.com xəbər verir ki, bu barədə Report-a yaralının aparıldığı 1 saylı Kliniki Tibbi Mərkəzin direktor müavini Adil Salahov məlumat verib.

Onun sözlərinə görə, hələlik yaralının kimliyini tam dəqiqləşdirmək mümkün olmayıb:

“Adının Fərid olduğunu deyirlər. O, qapalı kəllə-beyin travması, beyin əsasının sınığı diaqnozu ilə reanimasiyaya yerləşdirilib. Hazırda koma vəziyyətindədir, vəziyyəti ağır-stabil olaraq qalır”.


00:56

Bakı metrosunun “Nizami” stansiyasında 35 yaşlı kişi qatar relslərinin üzərinə yıxılaraq xəsarət alıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Report” saytı məlumat yayıb.

Hadisənin hansı səbəbdən baş verdiyi və zərərçəkmişin şəxsiyyəti məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]