Kriminal

39 yaşlı Tovuz sakini öz boğazını kəsdi

3-03-2017, 02:09
39 yaşlı Tovuz sakini öz boğazını kəsdiTovuz rayonunda boğazı kəsilən 39 yaşlı kişi ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə axşam saatlarında mərkəzi bazarın yanında baş verib.

Rayon sakini, 1978-ci il təvəllüdlü Məmmədov Samir Məmməd oğlu hələki bilinməyən səbəblərdən boğazı bıçaqla kəsilmiş halda Tovuz Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralı dərhal həkimlər tərəfindən əməliyyat olunub. Hazırda xəstənin vəziyyəti ağırdır. Yaralını gətirənlərin sözlərinə görə o, özü-özünə xəsarət yetirib.

Faktla bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır. (“Report”)

Administratorla əlaqə

077 611-55-22

[email protected]