Xəbərlər

Akif Çovdarovun məhkəmədən fotosu yayıldı

14-04-2017, 12:52

Hazırda məhkəməsi davam etdirilən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun yeni görüntüsü yayılıb.

Xeberman.com Report-a istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsinin inzibati binasında çəkilib.

17 aydır həbsdə olan A.Çovdarovun fotosunda onun xarici görünüşündə dəyişikliyin olması gözə çarpır.

Bu, A.Çovdarovun məhkəməsi başlayandan sonra çəkilmiş ilk fotosudur.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]