Müsahibə

“Belə adamları zindanda saxlamağa ixtiyarları yoxdur” – AKİF ÇOVDAROVUN VƏKİLİ

12-03-2017, 14:40
“Agentura ilə bağlı 3 milyonun mənimsənilməsi də təsdiqini tapmayıb”

“Akif Çovdarovun qohumlarının ölkədən çıxışına DTX qadağa qoymayıb, pokurorluq isə iki həftədən çoxdur cavab vermir”

“Akif Çovdrovun səhhəti bü gün də yaxşı deyil. İki aydan artıqdır ki, heç bir müalicə tədbirləri görülmür. Ekspertiza təyin ediləndən sonra da, ekspertiza ilə çox saylı problemlərimiz üzə çıxdı”.
Bu fikirləri MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovun vəkili Kamandar Nəsibov Hurriyyet.org-un müxbirinin Akif Çovdarovun səhhəti ilə bağlı sualına cavab olaraq deyib:

- Biz vəsatətdə qeyd etmişdik ki, Akif Çovdarov xarici və yerli həkimləri cəlb etməklə, müayinə edilsin. Ancaq ekspertiza vəsatəti qismən təmin etdi. Xarici həkimləri təmin emədi, yerli həkimləri də öz hesabımıza müayinəyə cəlb edilməsini təmin etdi. Lakin müayinlər başlayandan sonra ekpetizanın sədri bizm tərəfimizdən təqdim olunan həkimləri qəbul etmədi, çox tez müayinə etdilər. Lakin bu günə kimi rəy yoxdur. Sonrdan məhkəmənin sədri Həbib Həsənova müraciət etdik ki, Akif Çovdarovun müalicəsi üçün “holter” qurlaşdırmaq lazımdır, onun nəticəsi oxunandan sonra, kardioloq təzə müalicə kursu yazmalıdır, o da təzə sədrlik edən hakim tərəfindən qəbul olunmur, deyir bizlik deyil. Ədliyyə Nazirliynin Səhiyə İdarəsinin üzərinə atırlar. Artıq bir aydan çoxdur ki, yazdığımız məktuba cavab vermirlər.
Bü gün Akif Çovdarov heç bir müalicə olunmur. Bu adamın bir neçə ürək və digər xəstəlikləri var: ürəyin işemik xəstəliyi, aorta-koronar şuntlama əməliyyatından sonarkı vəziyyət, ritm pozğunluğu, səyrici aritmiya, total qastroektomiya və porsial qida borusunun rezeksiyasından sonrakı vəziyyət, anastomozit, nazik bağırsaq ilgəklərinin eroziv dəyişikliyi, eroziv reflüks, ezofagit.

- Hazırda Akifa Çovdarova ailəsi ilə görüşə icazə verilir?

- Bəli, verilir. Oğlu həftədə bir dəfə görüşür. Bu barədə əvvəllər problem var id, sonrdan bu problemi aradan qaldırdıq. İndi heç bir problem yoxdur. Oğlu görüşsə də, orada qadın xəylağı ilə görüşməyə uyğun şərait yoxdur ki, o, həyat yoldaşı ilə də görüşsün.

- Mətbuatda Akif Çovdarov və digər MTN generallarının həbsdən çıxmaları üçün xəstəliklərini qabartması vurğulanır. Sizcə, A.Çovdarov və digər MTN generalları xəstəliklərini qabardır, yoxsa...?

- Digər generllar haqda heç nə deyə bilmərəm. Çünki onların sağlamlıq durumu ilə bağlı heç bir məlumatım yoxdur. Ancaq şəxsən Akif Çovdarovla bağlı heç bir şişirtmə yoxdur. Həqiqətən də onun vəziyyətini görsəniz, başqa cür düşünərsiniz, elə foto şəkillərindən də xəstəliyi bəllidir. Onun əvvəl işlədiyi müddətdən indki vaxtına baxsanız, görərsiniz ki, sifətində çox böyük dəyişikliklər var. İstintaq vaxtı birinci dəfə ekspertiza olanda onların rəyi nə qədər qeyri-səmimi olsa da, onlar məcbur olmuşdu ki, onun ağır ürək xəstəlikləri olduğunu desinlər. Ondan əlavə, onun mədəsi yoxdur, xərçəng xəstəliyi ilə bağlı mədəsi kəsilib. Almaniyada keçirilən əməliyyatlar haqqında sənədlər var, təqdim etmişik. Onu nə şişirtmək, nə də azaltmaq mümkün deyil, nə var odur. Hətta biz Türkiyəyə müraciət edəndə onlar deyir ki, Türkiyədə belə adamları zindanda saxlamırlar, saxlamağa ixtiyarları yoxdur. Çünki onun təcridxana şəraitində qalmağı qeyri-mümkündür, səhhəti üçün böyük problem yaradır. Ola bilsin ki, bir ildən sonra xəstəliyin nəticəsi pis ola bilər. Digər generallar haqqında deyə bimirəm, amma müdafiə etdiyimiz şəxslə bağlı şişirtmə yox, hətta azaltma var. Onun bütün xəstəliklərini mediada açıqlasaq, deyərlər ki, belə adam bu günə kimi necə yaşayır? Bu adam həmin müalicələrlə bağlı 3 dəfə aclıq elan etmişdi. Axırıncı dəfə 50 gün aclıq elan etmişdi. Həmin 50 gün müddətində 16 kq çəki atmışdı.

- Akif Çovdarovun həbsxana həyatının ev dustaqlığı ilə əvəz edilməsi gözlənilir?

- Hesab edirəm ki, əslində, bu belə də olmalıdır. Çünki bizdə xəstəlikləri olan şəxslərin rəylərini qaldırmışdılar və həmin rəylərdə həmin bu tərkibdə olan adamlar rəy verəndə qeyd edirdilər ki, o adamların həbsxana həyatında qalmağı qeyri- mümkündür. Amma həmin ekspetlər Akif Çovdarovala bağlı suallara cavab vermirlər və yazırlar ki, bizim ekpertizanın səlahiyyətinə daxil olmur. Necə daxil olmur? Sənə deyirlər ki, Akif Çovdarova səhhəti ilə bağlı təcridxana şəraitində qalmaq olar, yoxsa olmaz? Deyir ki, bu bizim səlahiyyətimizə daxl deyil. Bəs, onda kimin səlahiyyətinə daxildir? Bəyəm, onu məhkəmə qərar verməlidir? Ya məhkəmə, ya da istintaq o sahədə mütəxəssisdi?
Ev dustaqlığı nə üçündür? Bax, belə ağır məsələlər var. Məndə olan məlumata görə, Ağır Cinayətlərdə iki nəfər üçün həbs qəti-imkan tədbirini seçməyiblər, ev dustaqlığını seçiblər ki, guya, birində “rak”, o birinin isə ayağında xəstəlik var. Deməli, onlara belə bir yanaşma varsa, onda Akif Çovdarova onlardan öncə olmalı idi, onda onların iki qat xəstəliyi var. Qanunla o, artıq çoxdan ev dustaqlığında olmalı idi.
Məhkəmə nə hökm çıxardacaq, o başqa məsələdir. Amma üzun müddət istinaq getməsi zamanı o adam evdə olsa idi, onun sağlamlığı ilə bağlı heç bir problemi olmazdı. Bu adam il yarım təcridxanada qaldığı müddətdə ona Allahdan verilmiş 10 ilin üstündən artıq keçiblər.

- Çovdarovun Rusiya vətəndaşı olması barədə də deyilir...(Vəkil suala keçməyə imkan vermədi, Nəzərdə tutduğumuz sual isə o idi ki, Azərbaycan qanunvericiliyinə görə, ikili vətəndaşlıq hüququ verilmir. Belə olan halda, Akif Çovdarov uzun illər MTN kimi bir qurumda necə rəhbər vəzifə tutub?)

- Bilmirəm bu barədə hansı qəzetdə yazılıb. Ancaq iş materiallarında onun ikinci vətəndaşlığı haqqında məlumat yoxdur. Heç sualı verməyə ehtiyac yoxdur. Onu Rusiya vətəndaşı olması haqqında nə istintaqda, nə də bizdə elə məlumat yoxdur.

- Bəs, mediaya bu məlumat haradan sızır ki, Akif Çovdarov Rusiya vətəndaşıdır?

- O uydurma bir şeydir, həqiqətə uyğun deyil. Elə bir məsələ olsa idi, istintaq materillarında təsdiqini tapardı. Onun Rusiya vətəndaşı olub-olmaması barədə ozü dəqiq bilər. Amma bütün sənədlərdə bu adam Azərbaycan vətəndaşı kimi qeyd olunur. Onun Rusiya vətəndaşı olub-olmaması heç kimdə şübhə doğurmayıb, heç kim də onu yoxlamayıb.

- Belə də deyirlər ki, A.Çovdarov Rusiya vətəndaşı olduğu üçün həbsdən azad oluna bilər. Sizcə, bu mümkündürmü?

- Onun Rusiya vətəndaşı olub-olmaması azadlığa çıxmasına heç bir təsir etmir. Düzdür, xəstəliyi ilə bağlı verilən rəy əsasında ola bilər. Amma vətəndaşlığı yox. İkili vətəndaşlıq, iki ölkənin vətəndaşı var. Bunlar başqa statusda olan anlayışlardı. Bizim qanunvericiliyə görə, nə ikili vətəndaşlıq, nə də iki ölkənin vətəndaşı olmaq imkanı yoxdur. Ona görə də, onun digər ölkə tərəfindən tələb edilməsi o zaman ola bilər ki, o, Azərbaycan vətəndaşlığından imtina etsin, onu da qəbul etsinlər. Sonra o, bir ölkənin vətəndaşı kimi qalır, ondan sonra həmin ölkə onu tələb edə bilər. Hazırda onun heç bir tələbi olmayıb ki, Azərbaycan vətəndaşlığından imtina etsin.
(Söhbətə Akif Çovdarovun digər vəkili Sadiq Rəsuov da müdaxilə edir:)

- Akif müəllim o boyda Milli Təhlükəsizlik Nazirliyinin generalı idi. O mümkün deyil ki, getsin ikili vətəndaşlıq alsın.

- Kamandar müəllim, Akif Çovdarovu Martın 6-da keçirililən məhkəmə iclasında MTN generalı Sübahir Qurbanova rus dilində deyib ki, “qələbə bizimdir”. A.Çovdarov bu fikri ilə nə demək istəyirdi?

- Akif Çovdarovun bununla demək istədiyi o idi ki, saxta ittihamların beli qırılacaq, onsuz da qələbə bizimdir, o ittihamlar öz təsdiqni tapmayacaq. Həqiqətən də bütün məhkəmə iclaslarında hələ bir sağlam ittiham olmayıb. Hamısı elə-belə tavandan götürülmüş şeydir. İstinitaq heç bir epizod üzrə irəli sürdüyü ittihamı sübut edə bilməyib. O vaxtı hay -küy qaldırdılar ki, Eldar Mahmudov belə getdi, Akif Çovdarov elə getdi. Yazılan böhtanların heç bir təsdiqini tapmayıb. Ən böyük ittiham Tağı Əhmədov, “Vasmoy” bazarı ilə bağlı olanlardır. Onlar da heç biri təsdiqini tapmayıb.

- Yeri gəlmişkən, Tağı Əhmədovla bağlı proses nə yerdədir?

- Hələ araşdırma gedir. Tağı Əhmədov hələ dindirilməyib. O prosesi nəsə uzadırlar. Hesab edirəm ki, hamısı qondarma ittihamdır. Bu iş materiallırında da görünür. Heç agentura ilə bağlı 3 milyonun mənimsənilməsi də təsdiqini tapmayıb. Akif Çovdarov agentlərə pul verəndə qəbz almalı idi? Bu, absurddur.

- Akif Çovdarovun ailəsinin ölkədən kənara çıxışına qadağa qoyulmuşdu. Hazırda vəziyyət nə yerdədir?

- Onun bütün qohumlarının giriş-çıxışına qadağa qoyublar. Onu da Ağır Cinayətlər tərəfindən qanunsuz qoyublar. İndi həmin məsələni biz araşdırırıq, DTX-ya da yazdıq. Ordan cavab almışıq, onlar deyir, bizlik deyil, başqa idarə qadağa qoyub. İndi biz də onlara sorğu vermişik. DTX bizə vaxtında cavab verdi. Amma prokurorluq tərəfindən iki həftədən çoxdur, hələ cavab vermirlər. Qanunsuz qadağalar qoyulub, onun qızına, kürəkəninə, oğluna niyə qadağa qoyulmalıdır?! Onlarla bağlı cinayət işi yoxdur, onlara qarşı ittiham irəli sürülməyib. Onları azadlıqdan niyə məhrum edirlər? Azərbaycan vətəndaşı kimi onların ixtiyarı var, hara istəyir gedib-gələ bilər. Ancaq onları da ev dustağı ediblər. Onlar əslən gürcüstanlıdır və bütün qohum-əqrabaları Gürcüstandadır. Xeyir-şər işlər var, heç bir yerə gedə bilmirlər. Onlar da adamdır. Onlar qohumları ilə niyə görüşməsin ki?!

Şamo Emin, Hurriyyet.org

Administratorla əlaqə

077 611-55-22

[email protected]