Ölkə

BDU-nun İlahiyyat fakültəsinin dekan müavini tələbələrdən rüşvət alır? - İTTİHAM/VİDEO

5-03-2017, 17:59
BDU-nun İlahiyyat fakültəsinin dekan müavini tələbələrdən rüşvət alır? - İTTİHAM/VİDEORedaksiyamız kanal13-ə istinadən yazır ki, BDU-nun İlahiyyat fakültəsinin 4 kurs tələbəsi olan Zəka Mirağayev iddia edir ki, fakültənin dekan müavini Nigar İsmayılzadə tələbələrdən rüşvət alır. Zəkanın dediyinə görə 2015-ci ilə kimi fakültədə rüşvətxorluq halı olmayıb. Zəka deyir ki, fakültənin müəllim heyyəti də bu haldan narahatdır.

Məlum edirik ki, Teref.info saytında bununla bağlı məlumatlar verilib ki, bir qədər əvvəl fakultənin bir qrup tələbəsi və Zəka Mirağayev birinci xanım Mehriban Əliyevaya müraciətinin bir nüsxəsini mətbuata göndərmişdi. Mətbuat bu müraciətlə oxucuları tanış etdi.

Xeberman.com Kanal13-ə istinadən BDU-nun İlahiyyat fakültəsinin 4 kurs tələbəsi olan Zəka Mirağayevin müsahibəsini təqdim edir:

Administratorla əlaqə

077 611-55-22

[email protected]