Reportaj

XANIM DEKAN MÜAVINININ INTIHAR ETMIŞ MTN POLKOVNIKI ILƏ NƏ ƏLAQƏSI - BDU IN ILAHIYYAT FAKULTƏSINDƏ NƏ BAŞ VERIR ŞİKAYƏT

16-02-2017, 22:12
XANIM DEKAN MÜAVINININ INTIHAR ETMIŞ MTN POLKOVNIKI ILƏ NƏ ƏLAQƏSI - BDU IN ILAHIYYAT FAKULTƏSINDƏ NƏ BAŞ VERIR ŞİKAYƏTTeref.info-nun elektron poçtuna BDU-nun ilahiyyat fakultəsinin dekan müavini Nigar İsmayılzadənin qanunsuz əməlləri barədə fakultənin tələbəsi tərəfindən Heydər Əliyev fondunun prezidenti Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevaya ünvanlanmış məktubun surəti daxil olub.
Şikayətçi tələbə məktubu göndərərkən sayta müraciət edərək bunları yazır:

Bu günlərdə, mediada BDU İlahiyyat fakültəsində hal hazırda dekan müavini vəzifəsində işləyən Nigar İsmayılzadə haqqında onun rüşvətxorluğu ilə bağlı, həmin fakültənin bir qrup tələbəsi məlumat verdilər. Məlumatın bu cür verilməsi-rüşvətin detallarına kimi sadalanması, həqiqətən də N.İsmayılzadənin İlahiyyat fakültəsinin adına layiq olmamaqla bərabər, bu əməllərini necə etməsi hər kəsi düşündürür. İlahiyyat fakültəsində işləyən bu insan, bu cəsarəti haradan alır və ya heç düşünürdümü ki, bu cinayətkar, qanunsuz əməlləri onu bir gün açığa çıxardacaq?!

Əlavə etmək istəyərdim ki, İlahiyyat fakültəsində bu insan, özünü çox böyük səlahiyyətli vəzifə sahibi kimi hiss edərək, digər müəllim yoldaşlarına da etik qaydalardan kənar davranaraq, təhdid yolu ilə mesaj verirmiş. Sanki, bu vəzifədə onun arxasında duranlar var, onu bu vəzifədən heç kim çıxarda bilməz. Amma, mənə elə gəlir ki, qeyri-leqal yollarla bu vəzifəyə gələn Nigar İsmayılzadə bir az tələsdi. Kreslosunu möhkəmləndirmədən həm tələbələrə, həm də müəllimlərə qarşı “hücuma” keçdi. Bu da onun özünə baha başa gəldi. Çünki, hərislik insanın gözünün kor edər. Vəzifədə olmaq hərisliyi onun gözünü kor etdi, qanunsuz yollarla gəlmiş vəzifəsində qanuni qaydalarla məşğul olmaqdansa, qanunsuz yollara əl atdı. Hətta, rüşvət məsələlərini o qədər mükəmməllikcəsinə yerinə yetirirmiş ki, fakültəmizin dekanı akademik Vasim Məmmədəliyev tələbələrdən dəlil istəyirmiş, kimsə də qorxudan bunu açığa çıxarda bilmirmiş. Fakultədə tələbəsindən tutmuş müəllimlərə kimi hər kəs, bu dekan müavinindən narazıdır.

Əlavə olaraq deyim ki, N.İsmayılzadənin qardaşı Gürsəl İsmayılzadə Azərbaycanın Respublikasının Yaponiyadakı səfiridir. N.İsmayılzadənin keçmiş intihar etmiş MTN zabiti İlqar Əliyevlə də əlaqələri olmuşdur. Nigar İsmayılzadə vəzifəyə gətiriləndə intihar etmiş MTN zabiti İlqar Əliyev hələ sağ idi. Yəni, bunları ona görə bildirirəm ki, bacarığı, ixtisası uyğun gəlməyən bir vəzifəyə qeyri-ixtisas sahibi türk dili müəlliminin gətirilməsi çox şübhəlidir.

Bundan əlavə, mən BDU İlahiyyat fakültəsinin tələbəsi olaraq N. İsmaylzadənin rüşvətxorluğu, qanunsuz əməlləri haqqında Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevaya da müraciət etmişəm və N.İsmayılzadənin qanunsuz əməlləri ilə arxayınçılıqla məşğul olmasına görə qanun çərçivəsində əməllərinin ciddi araşdırılmasını və məsuliyyətə cəlb olunmasını xahiş etmişəm.

Ümid edirəm ki, BDU rektoru akademik Abel Məhərrəmov bu məsələni ciddi nəzarətə götürəcək və N.İsmayılzadə haqqında lazımi tədbiri görəcəkdir.

Hörmətlə, Zəka Mirağayev, BDU İlahiyyat fakültəsinin tələbəsi

Mehriban xanıma şikayət edən tələbə gənc məktubunda yazır:

Heydər Əliyev Fondunun prezidenti

Mehriban xanım Əliyevaya

Hörmətli, Mehriban xanım Əliyeva! Bu məktubumuzla sizə müraciət etməyimizin səbəbi, lazımi dövlət qurumlarının, bizim müraciətimizə obyektiv baxmamasıdır.
Qanunsuz yollarla İlahiyyat fakultəsinə dekan müavini gətirilən türk dili müəlliməsi Nigar İsmayılzadə qanunsuz yollarla tələbələrdən pul alır. Fakultədə tələbəsindən tutmuş müəllimlərə kimi hər kəs, bu dekan müavinindən narazıdır. Əlavə olaraq da kimə arxayın olub rüşvətxorluqla məşğuldur?! Burası lap maraqlıdır. Əgər, BDU-da ruşvət olmasaydı, N.İsmayılzadə haqqında da nə isə tədbir görülərdi. Deməli, BDU-da rüşvət olduğuna görə N.İsmayılzadə də, kimlərəsə arxayın olaraq bu cinayətkar əməlində hələ də davam edir. Əlavə olaraq, N.İsmayılzadənin qanunsuz, saxtakar əməlləri ilə bağlı əlimizdə ciddi faktlar da var.

Əlavə olaraq deyim ki, N.İsmayılzadənin qardaşı Azərbaycanın Respublikasının Yaponiyadakı səfiridir, keçmiş intihar etmiş MTN zabiti İlqar Əliyevlə də əlaqələri olmuşdur. Yəni, bunları ona görə bildirirəm ki, bacarığı, ixtisası uyğun gəlməyən bir vəzifəyə qeyri-ixtisas sahibi türk dili müəlliminin gətirilməsi çox şübhəlidir. Vəzifəsindən sui-istifadə edərək də, özünə arxayın olaraq rüşvətxorluqla məşğul olması da bir cinayətdir.

Hörmətli, Mehriban xanım Əliyeva! Məhz sizə müraciət edən insanlara dəstək olduğunuz üçün, biz də çarəsiz olaraq sizə müraciət edirik. Qanunsuz əməlləri ilə hələ də fakultədə arxayınçılıqla rüşvətxorluqla məşğul olan Nigar İsmayılzadəni isə qanun çərçivəsində əməllərinin ciddi araşdırılmasını və məsuliyyətə cəlb olunmasını sizdən xahiş edirik. İnanırıq ki, Təhsil sahəsinə ayırdığınız diqqətinizə görə bizi də ümidsiz qoymayacaqsınız.

İmza: Zəka Mirağayev, BDU, İlahiyyat fakultəsi 07.02.2017

Teref.info olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.info

Administratorla əlaqə

077 611-55-22

[email protected]