Ölkə

BDU-nun ilahiyyat fakultəsində FETO-nun gücü - Tayyar Altıkulaç kimdir ŞOK

14-10-2016, 19:29
Azərbaycanda FETO ilə bvağlı fikirlərini oxuculara təqdim edir!

TƏQDİRƏLAYİQ GƏLİŞMƏDİR, ANCAQ YETƏRLİ DEYİL...

Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, Türkiyədə 15 İyul çevriliş cəhdinə qədər sabiq Diyanət İşləri (DİB) başqanı Tayyar Altıkulaçın Azərbaycandakı əməllərini dəlillərlə yazan yeganə şəxs bəndəniz idi. Ancaq görürəm ki, çevriliş cəhdi hadisəsindən sonra Fəthullah Gülənə və camaatına qarşı başladılmış ciddi əməliyyatlar indi Azərbaycanda bəzilərinə də imkan verib ki, Tayyar Altıkulaç adını dillərinə gətirsinlər. Biz, məhz bu cür olacağını, yəni dillərin ilk fürsətdə açılacağını aylar əvvəl demişdik. Vəziyyəti əlbəttə ki, müsbət qiymətləndiririk. Ancaq yetərli deyil. Burada mövzu ilə bağlı mətbuatdan oxuduğum üç məqalə-müsahibə içərisində yer verilən bəzi önəmli ifadələri və bu ifadələrlə bağlı şəxsi qeydlərimi dostlarla paylaşmaq istəyirəm:

"Bu arada Türkiyə dövlət olaraq da Azərbaycanda təhsil müəssisələri açmaqdaydı. Bunlardan biri də Bakı Dövlət Universitetinin İlahiyyat fakultəsi oldu. Elçibəyin iştirakı ilə açılan bu fakultə zaman-zaman Gülənin hədəfində oldu. Bu fakultəni ələ keçirməyə cəhd etdi. Açığı, bir müddət Diyanət İşləri başqanı olmuş, sabiq deputat Təyyar Altıkulac ilə olan münasibəti bu fakultənin ilk illərinə öz təsirini göstərdi. Belə ki, imtahansız bu fakultəyə daxil olanlardan biri sonradan Gülənin gənclər imamı olan Elnur Aslanov idi. Özü tərcümeyi-halında bunu yazmasa da, tələbəlik illərindən Gülənin "seçilmiş”lərindən idi. Tanınmış alim Vasim Məmmədəliyevin tədricən Altıkulacın təsirini azaltması nəticəsində fətullahçılar zamanla bu fakultəyə düşmən oldular. Lakin son illərdə yenidən fakultəni ələ keçirmək üçün çabaladıqları xəbərləri dolaşmaqdadır."

https://www.qafqazinfo.az/siyaset-2/gulenin-dovlet-qurumlarindaki-adamlari-adlar-157599

"Bu arada Türkiyə dövlət olaraq da Azərbaycanda təhsil müəssisələri açmaqda idi. Bunlardan biri də Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi oldu. Elçibəyin iştirakı ilə açılan bu fakültə zaman-zaman Gülənin hədəfində oldu. Bu fakültəni ələ keçirməyə cəhd etdi. Açığı, bir müddət Diyanət İşləri başqanı olmuş, sabiq deputat Təyyar Altıkulac ilə olan münasibəti bu fakültənin ilk illərinə öz təsirini göstərdi. Tanınmış alim Vasim Məmmədəliyevin tədricən Altıkulacın təsirini azaltması nəticəsində fətullahçılar zamanla bu fakültəyə düşmən oldular”.

https://www.baki-xeber.com/siyaset/40807.html

"Bəs Azərbaycanda yegənə ilahiyyat fakültəsi olan Bakı Dövlət Universitetində FETO-çular varmı?

– İlahiyyat fakültəsi ilə bağlı son günlər çox ciddi bir spekulyasiya da var. Fətullahçıları ilahiyyatda, məsciddə axtarmayın!. FETO-çuları Gənclər və İdman, Vergilər, Maliyyə Nazirlikərində axtarın! Çünki maliyyə naziri Samir Şərifov bunlara ən yaxın olan şəxslərdən biridir və araşdırsaz bunlarla ortaq lahiyələrinin olduğunu görəcəksiniz. Bunların ən son getdikləri yer məscidlər və ilahiyyat fakültələridir. Ancaq təbii ki, belə deyək bu sahələri də nəzərdən qaçırmaq və boş buraxmaq olmaz. Xüsusilə ilahiyyət fakültəsinin qurulmasında müstəsna rol oynamış Təyyar Altıqulacın Gülənlə olan münasibətləri ciddi şəkildə nəzərdən keçirilməlidir."

https://a24.az/azerbaycandaki-feto-cular-deputatlar-xalq-yazicisi-vezifeli-sexsler-adlar-video/

QEYD: Yuxarıdakı ifadələrin müəllifləri bilsinlər ki:

1. BDU İlahiyyat Fakültəsi Türkiyə Diyanət Vəqfi (TDV) ilə müştərəkən təsis ediləndə həmin TDV Gülən camaatının kifayət qədər təsiri altında idi. Dolayısıyla bu fakültə sonradan yox, elə əvvəldən Gülənin hədəfində idi, əlinə keçirdi, indiyə kimi də əlində tutur. Gülənçilərin Diyanətdə 80-ci illərdən bəri təşkilatlanmalarına şərait yaratmış və onlarla ciddi əməkdaşlıq etmiş Tayyar Altıkulaçın BDU İlahiyyat məzunları arasından (çox vaxt şəxsən) seçib Türkiyədə magistratura-doktorantura səviyyəsində yetişdirərək göndərdiyi gülənçi kadrlar bunun bariz sübutudur. Həmin gülənçi kadrların Azərbaycanda haralara yerləşdirildiyini də mi mən ortaya çıxarmalıyam?!

2. Təəssüf ki, hörmətli Vasim Məmmədəliyəv, nəinki Tayyar Altıkulaçın sözü gedən fakültə üzərindəki təsirini azaltmayıb, üstəlik özü də hər zaman Altıkulaçın ciddi ölçüdə təsiri altında olub. O qədər ki, Altıkulaç "həzrətləri" fakültədən müəllim-işçi çıxarmaq üçün belə şəxsən Bakıya gedib, Vasim müəllim isə səsini də çıxara bilməyib. Hörmətli alimimizin fakültənin və şəxsən özünün nüfuzunu niyə belə yerlərdə süründürdüyünün səbəbləri də mütləq araşdırılmalıdır. Dolayısıyla fətullahçılar heç vaxt onları BDU İlahiyyata düşmən edəcək hər hansı bir səbəblə qarşı-qarşıya qalmayıblar. Əksinə fakültəni idarə edənlərin, həmçinin seçilmiş tələbə və məzunların əksəriyyəti hər zaman onların əllərinin içində olub, bu gün də belədir. Bu həqiqətin əksini iddia edənlərin, xüsusilə bunların arasında DQİDK-nın rəhbərliyində olan bəzilərinin bu gülənçi kadrlarla nə kimi əlaqələrinin olması da ciddi araşdırılmalıdır.

3. Fətullahçıları əlbəttə əsasən dövlət orqanlarında axtaracaqsınız. Ancaq unutmayın ki, onlar həmişə həqiqi ilahiyyatçılardan uzaq durublar. Bir müddət yaxınlıq göstərsələr də onları ram edə bilməyəcəklərini görüb rahat buraxıblar. Onlar həmişə saxta, təsadüfi, yaltaq və iradəsiz "ilahiyyatçılar"a yönəliblər və bu gün ilahiyyat fakültələrində və Diyanətin imam-xətib (vaiz) kadrolarında bu cür gülənçi ilahiyyatçılar yüzlərlədir. Bu da onların ən son getdikləri yerlərin heç də ilahiyyat fakültələri və məscidlər olmadığını göstərir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]