Ölkə

BDU-nun bu fakültəsində nə baş verir? – Dekan və müavini işdən ayrıldı

13-06-2016, 01:54
BDU-nun bu fakültəsində nə baş verir? – Dekan və müavini işdən ayrıldı

Bakı Dövlət Universitetinin "Jurnalistika” fakültəsində kadr dəyişikliyi həyata keçirilib.

Xeberman.com-un əldə etdiyi məlumata görə, dekan Şamil Vəliyev və dekan müavini Əli Hacıyev tutduqları vəzifədən istefa veriblər.

Hələ bir neçə il bundan öncə dekan vəzifəsinə təyin olunan professor Şamil Vəliyevin səhhətində olan problemlərlə bağlı istefa ərizəsini yazdığı bildirilir. Artıq uzun illərdir ki, dekan müavini vəzifəsini icra edən Əli Hacıyevin isə hansı səbəbdən tutduğu vəzifədən uzaqlaşdırılması məlum deyil.

Hazırda fakültədə yeni dekan seçkilərinin keçirilməsinə hazırlıq gedir. Müvəqqəti olaraq dekanlıq vəzifəsinin professor Cahangir Məmmədli icra edir.

Qeyd edək ki, sözügedən dəyişiklik fakültədə təhsil almış və hazırda təhsilini davam etdirən tələbələr arasında geniş müzakirəyə səbəb olub. Xüsusən də Əli Hacıyevin vəzifədən ayrılması xəbəri birmənalı qarşılanmayıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]