Əsas Səhifə / Xəbərlər

Əngəli gənc əzmi ilə hər kəsi heyrətləndirir – VİDEO

17-02-2017, 11:00

Xeberman.com Xəzər TV-yə istinadən xəbər verir ki, imtahanları yüksək qiymətlərlə verən gözdən əlil olan Amal Əkbərli həyat eşqi ilə hər kəsə örnək bir həyat yaşayır.

Qərb Universitetinin Politologiya ixtisasında 3-cü kurs tələbəsi olan Amal Əkbərlinin gözlərinin görməməsi onun siyasi elmləri öyrənmək sevgisinə mane ola bilməyib. Universitetdə keçirilən dərsi əvvəlcə anası kitabdan oxuyur, o isə səsi telefonun yaddaşına qeyd edir. Daha sonra isə yenidən dinləyərək imtahanlara hazırlaşır.

Qrup yoldaşları da gözlərinin görməməsinə baxmayaraq, dərslərdə çətinlik yarandığı zaman Amala müraciət etdiklərini və onun zəngin biliklərindən faydalandıqlarını deyirlər.

Amala dərs deyən müəllimlər də onun qeyri-adi və çalışqan bir tələbə olduğunu deyirlər.

Bakalavr pilləsindən sonra təhsilini magistrantura və doktorantura mərhələlərində davam etdirməyi planlaşdıran Amal Əkbərli ən böyük arzusunun öz sahəsində tanınmış mütəxəssis olmaq olduğunu deyir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]