Siyasət

"Rədd olun buradan" - General Mirvətova - FOTO - VİDEO

14-02-2017, 22:15

Xeberman.com "Qafqazinfo"- istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxslərin vəkillərinin onların barəsində olan həbs qətimkan tədbiri qərarının ev dustaqlığı ilə əvəz olunması üçün verdikləri vəsatətlər təmin olunmayıb.

Prokuror zərərçəkən Cəmşid Novruzovun vəkili Kamandar Nəsibovun digər prosesdə təqsirləndirilən Akif Çovdarovun da müdafəçisi olduğunu deyib və onun bu prosesdən uzaqlaşdırılmasını istəyib. Prokurorun vəsatəti təmin edilib və K.Nəsibov prosesdən uzaqlaşdırılıb.

Məhkəmə iclası başa çatdıqdan sonra polisin nəzarətində olan general Natavan Mirvətova məhkəmə binasından çıxarkən jurnalistlərə açıqlama verməkdən imtina edib və suallara "rədd olun buradan",- deyərək maşınına əyləşərək uzaqlaşıb.

Məhkəmə prosesi fevralın 21-də davam etdiriləcək.

Administratorla əlaqə

077 611-55-22

[email protected]