Ölkə / İslam

Taleh Bağırovun yekunlaşan istintaq işi cəmi 1 cümlədən ibarətdir - Vəkil: Cavad Cavadov

1-06-2016, 22:46

Nardaran hadisələrində həbs edilənlərin istintaq işi yekunlaşdı.

Taleh Bağırovun yekunlaşan istintaq işi cəmi 1 cümlədən ibarətdir - Vəkil: Cavad Cavadov
2015-ci il Noyabr ayının 26-da Bakının Nardaran qəsəbəsində 7 nəfərin ölümü, 4 şəxsin yaralanması ilə nəticələnən hadisələrin üstündən artıq bir neçə ay keçib. Hadisə zamanı və baş verən insidentdən sonra hüquq mühafizə orqanlarının birgə keçirdikləri əməliyyatlar nəticəsində "Müsəlman Birliyi Hərəkatı” nın rəbhəri Taleh Bağırzadə, eləcə də idarə heyətinin üzvləri ilə yanaşı, onun tərəfdarlarından olan 70 nəfər də həbs edilib. Aylardır davam edən istintaq işi artıq yekunlaşmaq üzrədir.
İslaminsesi bildirir ki, bu barədə vəkil Cavad Cavadov açıqlama verib. Vəkil bildirib ki, Bakı İstintaq Təcridxanasında Taleh Bağırovun iştirakıyla onun və digərlərinin barəsində olan cinayət işi ilə bağlı istintaqın yekunlaşması elan olundu və iş materialları ilə tanış etmə mərhələsi başlandı: "Taleh Bağırovun nədə ittiham olunması bizə- yəni müdafiə tərəfinə aydın deyil. Onun son təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı üç səhifədən ibarət olmaqla qərarın təsviri-əsaslandırıcı hissəsi bir cümlədən ibarətdir. Yəni cümlə üç vərəqdən ibarətdir və bununla da istintaqın hansı fikri çatdırmaq istədiyini anlamaq olmur”.
Cavad Cavadovun verdiyi məlumata görə, bu gün həmçinin Taleh Bağırovun yanına gələn ailəsi ilə görüşə icazə verilməyib. Onları səhər bir neçə saat gözlətdikdən sonra naməlum səbəbdən görüş verilməsindən imtina edilib. Vəkil bildirib ki, bu barədə rəsmi müraciətlə təcridxana rəhbərliyinə müraciət ediləcək

Administratorla əlaqə

077 611-55-22

[email protected]