Gündəm

Avropadan azərbaycanlıların böyük köçü başladı - deportasiya

20-12-2016, 16:47
Avropadan azərbaycanlıların böyük köçü başladı - deportasiya
Son iki ildə Azərbaycandan qanunsuz miqrasiya edən 450 nəfərdən artıq vətəndaş  ölkəyə geri qaytarılıb. 

Fins.az-ın məlumatına görə, onların əksəriyyəti Avropa Birliyinə daxil olan - Almaniya, Hollandiya, Fransa və digər iri ölkələrə səfər edənlər olub. İl ərzində isə orta hesabla təqribən 2500 nəfər ölkə sərhədlərini tərk edərək daimi yaşamaq üçün xarici ölkələrə üz tutur. 

Miqrasiya məsələləri üzrə mütəxəssis Azər Allahverənov bildirir ki , Azərbaycandan gedənlər əsasən qaçqın satusu üçün müraciət edənlərdir. Ancaq iş və karyera axtarışında olanlar da kifayət qədərdir. Geriyə qaytarılma isə yalnız qeyri-qanuni əsaslarla yaşayanlar deyil, həm də qanunsuz şəkildə əmək fəaliyyəti ilə məşğul olan hallarda da baş verir.  

Bununla yanaşı Azərbaycanda da hər il təqribən 20 minə yaxın xarici ölkələrdən qeyri qanuni əsaslarla yaşayan və əmək fəaliyyəti ilə məğul olan əcnəbilər aşkar olunur. Bunlar əsasən Asiya və Cənub-Şərqi Asiya ölkələrindən olanlardır. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]