Ölkə

Türklər ən çox Azərbaycanı sevirmiş

11-10-2015, 23:01
İraq və Suriyadakı hadisələr Türkiyəyə də təsir göstərməkdədir. İŞİD Türkiyədə terror aktları törədir. Türkiyə ordusu ilə PKK arasında atəşkəs rejimi pozulub. Türkiyə İŞİD-lə mübarizə aparmaq üçün özünün İncirlikdəki hərbi bazasını ABŞ hərbi hava qüvvələrinin ixtiyarına verib.Bundan başqa Ankara ilə Vaşinqton bu qrupa qarşı mübarizəni gücləndirmək üçün koordinasiya barədə razılıq əldə ediblər.Türkiyə Suriyada İŞİD-ə, İraqda isə PKK-ya zərbələr endirib.

Türkiyə üçün başqa bir böyük əngəl isə qaçqın problemidir. Rəsmi rəqəmlərə görə, hazırda Türkiyədə 1,7 milyon Suriya qaçqını var.Dövlət indiyədək onların saxlanmasına 5,6 milyard dollar xərcləyib.

Alman Marşal Fondu bu təlatümlü hadisələrin Türkiyə vətəndaşlarının daxili və xarici siyasi məsələlər barədə fikirlərinə necə təsir etdiyini öyrənmək üçün rəy sorğusu keçirib.

Sorğuya görə türklərin 63%-i Azərbaycana rəğbətlə yanaşır.

Rəyi soruşulanlar bir qayda olaraq, Azərbaycan kimi yaxın əlaqələri olan ölkələri çıxmaq şərtilə, digər xarici ölkələrə xoş münasibət bildirməyiblər.

Azərbaycandan sonra Avropa Birliyi və Almaniya gəlir. Respondentlərin 41% Avropa Birliyi, 38%-i isə Almaniya haqda xoş fikirdə olub.

Türkiyənin strateji müttəfiqi olan ABŞ-ı isə rəyi soruşulanların yalnız 23%-i müsbət müsbət qarşılayıb.

Türkiyə qonşu ölkələrin çoxunun sevilmədiyi ölkələr sırasında yer alıb.

Qonşu ölkələrdən Azərbaycandan sonra ikinci yerdə gələn Rusiya vur-tut 26%-in gözündə yaxşıdır. İran və İraqın şimalına gəldikdə isə bu göstərici 20%-dən bir qədər artıq, Mərkəzi İraq hökumətinə isə 17%-dir. Digər iki qonşu ölkə – Yunanıstan və Suriyanı rəyi soruşulanların 15% və 14%-i müsbət qarşılayıb. Ermənistanla İsrail isə ən az sevilən ölkələrdir (Ermənistan 10%, İsrail 8%).

Respondentlərin 46%-i İranın Yaxın Şərqdə Türkiyə ilə rəqabət apardığını hesab etsə də41%-i bu fikirlə bölüşmür.

Onların 38%-i İranı Türkiyənin təhlükəsizliyinə əngəl saysa da, 49%-i belə düşünmür.

Qrafik 3: Bu gün Türkiyə üçün ən vacib məsələ nədir?
28% – iqtisadi vəziyyət

23% – işsizlik

16% – terror

7% – təhsil

7% – immiqrasiya

Qrafik 4: Adı çəkilən ölkələrlə bağlı fikriniz pozitiv, yoxsa neqativdir?
Azərbaycan – 63% pozitiv, 32% neqativ

Avropa Birliyi– 41% pozitiv, 55% neqativ

Almaniya – 38% pozitiv, 56% neqativ

Rusiya – 26% pozitiv, 68% neqativ

İran – 24% pozitiv, 71% neqativ

ABŞ – 23% pozitiv, 71% neqativ

Şimali İraq – 22% pozitiv, 73% neqativ

İraq – 17% pozitiv, 77% neqativ

Yunanıstan – 15% pozitiv, 79% neqativ

Çin – 14% pozitiv, 78% neqativ

Suriya – 14% pozitiv, 82% neqativ

Ermənistan – 10% pozitiv, 83% neqativ

İsrail – 8% pozitiv, 88% neqativ.

Qrafik 8: Türkiyənin Aİ-yə üzv olması ölkə üçün yaxşı olar, yoxsa pis?

Yaxşı – 44%

Pis – 23%

Fərq etməyəcək – 24%

Cavab verməyib – 10%

(azadliq.org)

Administratorla əlaqə

077 611-55-22

[email protected]