İqtisadiyyat

9 milyard dollar Azərbaycandan qeyri-qanuni yolla çıxarıldı - ŞOK CƏDVƏL

10-12-2015, 12:10
9 milyard dollar Azərbaycandan qeyri-qanuni yolla çıxarıldı - ŞOK CƏDVƏLABŞ-ın “Global Financial İntegrity” tədqiqat mərkəzi yeni araşdırmasının nəticələrini açıqlayıb.

Virtualaz.org saytı xəbər verir ki, həmin araşdırmanın nəticələrinə görə, Azərbaycan kapitalın ölkə hüdudlarından kənara qanunsuz çıxarılması üzrə lider-ölkələr siyahısına daxildir. Azərbaycan 148 ölkə arasında 17-ci yeri tutur.

“Global Financial İntegrity” (GFİ) inkişaf etməkdə olan ölkələrdən qanunsuz maliyyə axınını araşdıran məşhur təşkilatdır. GFİ-nin hesablama metodikası ölkədən yalnız qeyri-leqal yolla çıxarılan kapitalı, yəni sənədlərdə əks olunmayan maliyyə əməliyyatlarını nəzərdə tutur. GFİ gömrük bəyannaməsində idxalın və ya ixracın faktiki dəyərinin azaldımasını, yaxud artırılmasını əsas kanal hesab edir. Qeyri-leqal kapital axınının 83,4 faizi məhz bu kanalın payına düşür.

GFİ 2004-2013-cü illər üzrə məlumatları dəyərləndirib.

Məlum olub ki, Azərbaycandan hər il qeyri-leqal yolla 9,5 milyard dollar çıxarılır! Bu, yalnız GFİ-nin məlumatıdır!

Bu özünəməxsus antireytinq siyahısına ənənəvi olaraq Çin və Rusiya başçılıq edirlər. Çindən 139,228 milyard, Rusiyadan isə 104,977 milyard dollar qeyri-qanuni yolla çıxarılıb.

Siyahıda "ilk 20-liyə" daxil olan ölkələr bunlardır:

Çin - 139,228

Rusiya - 104,977

Meksika - 52,844

Hindistan - 51,029

Malayziya - 41,854

Braziliya - 22,667

Cənubi Afrika - 20,922

Tailand - 19,177

İndoneziya - 18,071

Nigeriya - 17,804

Qazaxıstan - 16,740

Türkiyə - 15,450

Venesuela - 12,394

Ukrayna - 11,676

Kosta-Rika - 11,346

İraq - 10,501

Azərbaycan - 9,500

Vyetnam - 9,293

Filippin - 9,025

Polşa - 9,002 milyard dollar.

Sonra da təəccüblə soruşuruq ki, Azərbaycanın pulları hara gedir. Kimsə bəlkə də belə hesab edir ki, fahişəliyə görə vergiləri artırmaqla, dərsə getməyən uşaqların valideynlərini cərimələməklə, spirtli içkiləri nağd pula satmaqla büdcə problemini həll etmək olar. Ən yaxşısı isə bu olardı ki, hər il ölkədən çıxarılan milyardların hara getdiyini axtarıb tapasan.

Qaynar.info

Administratorla əlaqə

077 611-55-22

[email protected]