Yazarlar

GTK Prezidenti Namiq Əhmədov: Bakıda çox danışmaqdansa gəlib Tiflisdə tədbir keçirin.

27-01-2017, 19:43


Gürcüstanda yaşayan türklərin, o cümlədən Borçalının problemləri ilə bağlı tədbirlərin keçirilməsinə, etirazların səsləndirilməsinə biz də tərəfdarıq. Amma bu zaman işin son nəticəsi nəzərə alınmalıdır. Görüntü üçün tədbir keçirməyə son qoymaq lazımdır. Bunu açıqlamasında Gürcüstan Türkləri Konfederasiyasının (GTK) Prezidenti Namiq Əhmədov deyib.
Namiq Əhmədov bildirib ki Gürcüstan müstəqillik qazandıqdan sonra, 1991-ci ildən bu yana, Bakıda Borçalının (Kvemo Kartli) problemlərinə həsr olunmuş yüzlərlə tədbir keçirilib. Həddindən artıq pafoslu çıxışlar edilib. Amma ortada nəticə yoxdur. Bir adam qalxsın desin görək hansı problem həll edilib? Bəsdirin ayıbdır. Heç olmasa özünüz bezmirsinizmi, utanmırsınızmı, Nə qədər boş-boşuna danışmaq olar, Mən o çox danışanların yerinə utanıram. Bakıda çox danışmaqdansa gəlib Tiflisdə tədbir, konfrans keçirin. Bu zaman Gürcüstanın dövlət rəsmilərini də dəvət edək, problemlər baradə ictimai qınaq yaradılsın, gürcü ictimaiyyəti də məlumatlandırılsın. Bakıda azərbaycan dilində deyilən etiraz, azərbaycan dilində dərc edilən bəyanat heç Tiflisdə nəzərə çarpmır. Heç olmasa etiraz edəndə, problemlər barədə danışanda gürcü dilində yayımlayın.

Administratorla əlaqə

077 611-55-22

[email protected]