Siyasət
Elmar Həsənov: “Kənardan Borçalıya müdaxilə etməyin özü siyasi təxribatdır.”
25-01-2017, 20:34
Son zamanlar Gürcüstanda yaşayan türkdilli vətəndaşların problemləri ilə bağlı mütəmadi olaraq Bakıda və İstambulda tədbirlər keçirilir, guya bizim problemlərin həllinə çalışırlar. Bu əslində Gürcüstanın daxili işinə qarışmaqdır. Bu barədə bəyanatla Gürcüstan Qarapapaq Türkləri Birliyinin (GQTB) Sədri Elmar Həsənov çıxış edib. O, bildirib ki, bəli Gürcüstanda türkdilli vətəndaşların bir çox sahələrdə ciddi problemləri mövcuddur, bu problemlər təkcə Gürcüstanda deyil, digər postsovet ölkələrində də kəskinliyi ilə seçilir. Gürcüstanın tükrlər yaşayan Borçalı (Kvemo Kartli), Kaxeti bölgələrində, həmçinin Tbilisdə yaşayan türkdilli vətəndaşların təhsil, sosial, mədəni, iqtisadi-ticarət və məişət problemləri var. Ancaq bu problemləri Bakıda tədbir keçirməklə, İstambulda qeyri-korrektiv siyasi bəyanat verməklə həll etmək mümkün deyil. Birdəfəlik hamı anlamalıdır ki, Gürcüstan müstəqil dövlətdir və burada yaşayan türklər Gürcüstanın tam hüquqlu vətəndaşlarıdırlar. Gürcüstanda yaşayan türklərin bütün problemlərinin həlli paytaxt Tbilisidə həyata keçirilməlidir. Vətəndaşlar da bəzən öz problemləri ilə bağlı Azərbaycana və Türkiyəyə üz tuturlar. Mən onlara müraciət edirəm: Sizin Prezident və hökümət Tbilisdə yerləşir və sizin problemləri həll etmək məhz onların səlahiyyətindədir və vəzifə borclarıdır. Bunun üçün hüquqi baza Gürcüstan Kostitusiyası, milli azlıqlarla bağlı çoxsaylı benəlxalq konvensiyalardır. Gürcüstan dövlət orqanları hər bir müraciətə effektiv reaksiya verir. Digər tərəfdən Gürcüstan Parlamentində iki majoritar millət vəkilimiz, Ruslan Hacıyev və Savalan Mirzəyev var. Bu şəxslər vətəndaşlarla daima əlaqə saxlayırlar, sosial şəbəkələrdən istifadə edirlər, qəbullarına düşmək və onlarla görüşmək çox asandır. Gürcüstanın türkdilli vətəndaşları, o cümlədən Borçalı sakinləri problemlərlə bağlı, millət vəkillərimizə rəsmi müraciət ünvanlasalar daha effektiv olar. Kənardan Gürcüstana, Borçalıya müdaxilə etməyin özü elə siyasi təxribatdır. Hər bir problemin həlli ancaq hüquqi müstəvidən və qanuni yollardan keçir.
Hamıya aydın olmalıdır ki. Gürcüstan və Azərbaycan dövlətləri yaxın qonşu, strateji müttəfig və iqtisadi partnyordurlar. Gürcüstanla Azərbaycanın dövlətlərarası əlaqələri və dostluğu daima olacaqdır, çünki bu geosiyasi aksiomadır.
Gürcüstanda yaşayan türklər hələ Çar Qurucu David zamanından Gürcüstan dövlətinin ərazi bütovlüyünün və milli suverenliyinin qarantı olmuşlar. Gürcüstan dövləti Çar Qurucu David, Çarıça Turandoxt və Artık xanın biz nəsillərə qoyduqları tarixi yadıgardır. Biz hər zaman gürcüstanın milli suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırıq.
Gürcüstan Qarapapaq Türkləri Birliyinin (GQTB) Sədri Elmar Həsənov həmçinin qeyd edib ki, Borçalıyı siyasi provakasiyalara çəkmək, Gürcüstanda türkdilli vətəndaşlara ciddi problemlər yardır, mən bu məsələlərə son qoymağı tələb edirəm.