Əsas Səhifə / Layihə

“Xanım Fatmeyi Zəhranın” mövluduna həsr olunmuş tədbir

12-04-2015, 21:00

Tədbirin keçirilməsinin əsas məqsədlərindən biri gənclərə “ Xanım Fatmeyi Zəhra”nın tanıtmaq, bu mövludu müsəlman qadınları üçün çox önəmli günlərdən birinin olduğunu bir daha xatırlatmaq idi. Mövlud bayramı “Quran” ayələri ilə başladı və tədbirin açılışını “İslam Birliyi və İnkişafı” İctimai Birliyinin sədri Seyyid Kənan Əliyev etdi. Tədbir tanınmış dini-ictimai alimləri və Əhli-Beyt İlahi nəğmələr qrupunun iştirakı ilə keçirildi. Tədbirdə 800 nəfərən çox insan iştirak etdi. Onların arasında yüzlərlə əhli sünnə və əhli şiə inanclıları iştirak edirdi. Natiqlər : Seyyid Əli Əkbər Ocaq Nejad, İlahiyyat məscidinin imamı Hacı Ceyhun, Seyyid Mirnemət, Hacı Adil Hüseynov, ilahiyyatçı Hacı Atif İsmayılov qeyd etdilər ki, Xanım Fatmeyi Zəhra (s.ə) islam dünyasında qadın obrazının bariz nümunəsidir, və əsl müsəlman qadınının mənəvi zənginliyinin real nümayəndəsidir. Birliyin sədri Seyyid Kənan Əliyevin fikirlərinə qoşularaq bir daha qeyd edildi ki, müsəlman ölkələrində baş verən müharibələrdə əsasən zor gücünə məruz qalan məhz qadınlar olurlar. Sonda belə tədbirlərin mütəmadi olaraq keçirilməsinin və əsasən də qadınların bu cür yığıncaqlarda iştirakı əsas şərtlərdən biridir. Mərasimdə həmçinin bu problemlərin həll olunması üçün bütün müsəlman ölkələrinin məzhəbindən, təriqətindən və coğrafi yerləşməsindən asılı olmayaraq, əl-ələ verərək həll yolunu tapmaları vacib olduğunu bildirildi. Tədbirin sonunda Ehsan süfrəsi verildi.

Administratorla əlaqə

077 611-55-22

[email protected]