Texnologiya

Hakerlər İŞİD forumunu sındırdılar

6-08-2016, 01:41
Hakerlər İŞİD forumunu sındırdılar

Yaraqlılar ABŞ-ın Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistanındakı aviabazasına hücum planlaşdırırdılar.

İsrailin "Intsights” şirkətinin mütəxəssisləri "İslam dövləti” terror qruplaşmasının yaraqlılarına məxsus forumu sındırıblar və onların hücum planlarının üstünü açıblar.  

Xeberman.com  RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə İsrailin "Haaretz” qəzeti məlumat yayıb. 

Nəşrin məlumatına görə, forumda yaraqlılar ABŞ-ın Küveyt, Bəhreyn və Səudiyyə Ərəbistanındakı aviabazasına hücum planlarını müzakirə ediblər. Orada hakerlər həyata keçirilmiş hücumlarında, məsələn, Fransanın Normandiyasındakı kilsəyə hücum planını tapıblar. 

Forum "Telegram” mesencerinin bazasında çalışır. Hakerlərin onu necə sındırmağa müvəffəq olduqları barədə "Intsights” açıqlama verməyib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]