Dünya

İŞİD bunu da etdi - Məkkəyə hücum olundu, qan töküldü

9-05-2016, 17:30
Ciddə şəhərində də İŞİD terrorçularına qarşı əməliyyat keçirilib.
İŞİD bunu da etdi - Məkkəyə hücum olundu, qan töküldü
 
 

İŞİD terrorçu qruplaşma növbəti dəfə qanlı əməlləri ilə gündəmə gəlib. Yarandığı gündən "başkəsənlər” kimi tanınan, özlərini "İslam dövləti” adlandıran İŞİD terror qruplaşması bu dəfə müsəlmanların müqəddəs məkanı Səudiyyə Ərəbistanının Məkkə şəhərinə hücum edi
ANS PRESS-in məlumatına görə, Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin sözçüsü general-mayor Mənsur əl-Turki bildirib ki, terrorçularla işbirliyində şübhəli bilinən şəxslərə qarşı Məkkə ərazisində əməliyyat başlanılıb.
Onun sözlərinə görə, təhlükəsizlik qüvvələri terrorçuların toplaşdığı evlərdən birini mühasirəyə alıb. Daha sonra təhlükəsizlik qüvvələrinə atəş açılıb, nəticədə terrorçuları zərərsizləşdirmək üçün xüsusi təyinatlı polis qüvvələri evə daxil olub.
Turki bildirib ki, əməliyyat nəticəsində 2 terrorçu öldürülüb, digər iki nəfər isə üzərindəki bombanı partladaraq intihar edib.
Təhlükəsizlik qüvvələri Məkkə ərazisində İŞİD qarşı əməliyyat aparakən
Əməliyyatın qısa müddətə başa çatdığını qeyd edən Turki hadisə zamanı təhlükəsizlik qüvvələrindən və vətəndaşlardan ölən və yaralananların olmadığını deyib.
Bundan başqa, Ciddə şəhərində də İŞİD terrorçularına qarşı əməliyyat keçirilib və 2 nəfər saxlanılıb.
Qeyd edək ki, İslam dinində müqəddəs Məkkə və Mədinə şəhərləri haram bölgələr sayılır. Belə ki, bu şəhərlərdə ağac, ot və hər hansı bir bitkiyə ziyan vermək, kiçik həşəratlar da daxil canlı heyvan öldürmək və hücuma məruz qalmadıqca döyüşmək haram buyurulub. Müqəddəs Qurani-Kərimdə də Məkkə şəhəri barədə kifayət qədər ayə var.

Administratorla əlaqə

077 611-55-22

[email protected]