Siyasət

İsrail: "İrana qarşı sünni ittifaq; qurulmalıdır"

26-05-2016, 11:31
Eastnews.org-un verdiyi xəbərə görə, İsrail Milli Təhlükəsizlik Mərkəzinin sədri, general Amos Yadlin yazdığı məqalədə Suriya prezidenti Bəşər Əsədin İsrail rejimi üçün təhlükə olaraq xarakterizə edib. Bəşər Əsədin hakimiyyətdən getməsinin zəruri olduğunu məqaləsində qeyd edən general Amos Yadlin, Beyrut və Dəməşq bizim mübarizəmizin ilkin məqsədidir deyə vurğulayıb.   İsrail rejiminin İran təhlükəsi qarşısında yeni üsul və yollar axtarması lazım olduğunu qeyd edən Amos Yadlin, "İsrail bölgədə özü üçün yeni ittifaqlar qurmalıdır. Hətta bu ittifaq Səudiyyə Ərəbistanı, ərəb ölkələri, İordaniya, Misir və Türkiyə liderliyində bir sünni xətt şəklində yaradılmalıdır", -deyə məqaləsində vurğulayıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]