Dünya

İsrail diplomatı: "İran üzərindən sanksiyaların göğtürülməsinə mənfi yanaşırıq"

19-01-2016, 16:45
"İsrail İran üzərindən sanksiyaların götürülməsinə tənqidi yanaşır. Biz, İranın öz öhdəliklərini yerinə yetirəcəyi ilə bağlı nikbin deyilik".

APA-nın xəbərinə görə, bu sözləri İsrail Xarici İşlər Nazirliyinin Avrasiya şöbəsinin direktor müavini Zvi Ravner Bakıda keçirdiyi brifinqdə deyib.
 
Z. Ravner bildirib ki, sanksiyaların aradan qalxmasına baxmayaq, İran hərbi proqramından imtina etməyib: "Bu məsələ razılaşmada əksini tapmayıb. Təbii ki, yanılmaq istərdik. Lakin biz İranın keçmişini bilirik. Hazırda isə bu ölkə pis vəziyyətdədir. Ümid edirik, dondurulmuş və əldə olunan gəlirlər raket istehsalına yox, əhalinin durumunin yaxşılaşmasına və iqtisadiyyatın canlanmasına yönələcək. Bu razılaşmaya tək İsrail deyil, Səudiyyə Ərəbistanı, Körfəz ölkələri də etiraz edir. Onlar İran təhlükəsindən çox narahatdır".

Administratorla əlaqə

077 611-55-22

[email protected]