Dünya

Rusiya ilə ABŞ kəşfiyyatı Suriya məsələsində əməkdaşlıq edirlər

13-01-2016, 10:07
Barak Obama administrasiyası Moskvanın Bəşər Əsədi dəstəkləməsinə qarşı çıxmasına baxmayaraq Suriya münaqişəsi ilə bağlı ABŞ Rusiya ilə diplomatik və təhlükəsizlik sahəsində əhəmiyyətli partnyor oldu.

Modern.az saytının verdiyi xəbərə görə bu barədə "Washington Post” qəzeti məlumat yayıb.                
Məlumata görə hazırda Suriya böhranının həlli istiqamətində Rusiya-Amerika əməkdaşlığı çərçivəsində hərbi və kəşfiyyat idarələri müntəzəm təmaslarda olurlar.

Ağ Evin yüksək vəzifəli əməkdaşlarından birinin sözügedən nəşrə bildirdiyinə görə, Amerika hesab edir ki, Suriya münaqişəsinin siyasi yolla tənzimlənməsi məsələsində Rusiyanın ayrılmaz rolu olacaq.  

Qeyd edək ki, Suriya münaqişəsi 2011-ci ildən başlayıb və günə qədər davam etməkdədir. Rusiya, İran Suriya rejiminin rəhbəri Bəşər Əsədin hakimiyyətdə qalmasında maraqlıdır.  

Qərb dövlətlərinin bir çoxu, o cümlədən Türkiyə, Səudiyyə Ərəbistanı, İsrail, Türkiyə, Qətər və s. ölkələr isə Suriyadakı konstruktiv müxalif qüvvələri dəstəkləyir.  

Administratorla əlaqə

077 611-55-22

[email protected]