Siyasət

İsrail Azərbaycan hərbiçilərini terrorçu adlandırdı.

5-04-2016, 12:42
Bakı, 5 aprel, SalamNews, R.Cəfərzadə. İsrail parlamentinin (Knesset) vitse-spikeri cəbhə xəttindəki son hadisələrlə bağlı Ermənistana dəstək ifadə edərək Azərbaycan tərəfinin Qarabağ cəbhəsində həyata keçirdiyi cavab əməliyyatlarını tənqid edib.

SalamNews erməni mediasına istinadən xəbər verir ki, İrəvanda səfərdə olan vitse-spiker Tali Ploskov erməni həmkarı Hermine Nağdalyanla görüşündə Azərbaycanın cavab əməliyyatlarını bütün regiona qarşı yönəlmiş "terrorçu" fəaliyyət adlandırıb. Ermənistanın işğalçı maraqlarını müdafiə edən israilli rəsmi Bakını erməni mövqelərinə qarşı əməliyyatları dayandırmağa çağırıb.

İsrail Azərbaycan hərbiçilərini terrorçu adlandırdı.




Administratorla əlaqə

077 611-55-22

[email protected]