Siyasət

Dövlət Departamenti Xədicə İsmayılın buraxılmasını alqışlayır

26-05-2016, 11:29
 

 

ABŞ-ın Dövlət Departamenti azərbaycanlı jurnalist Xədicə İsmayılın həbsdən azad olunmasını alqışlayır.

"OpTime” xəbər verir ki, bununla bağlı Dövlət Departamenti xüsusi bəyanat yayıb. "Biz bu qərarı müsbət addım kimi qarşılayırıq və Azərbaycanı jurnalist barəsində olan digər ittihamları da aradan qaldırmağa çağırırıq", - deyə bəyanatda qeyd olunub.

Mayın 25-də Azərbaycanın Ali məhkəməsi Xədicə İsmayılın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəz olunması barədə qərar çıxarıb.

2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.

Mayın əvvəlində Xədicə İsmayıl YUNESKO-nun Gilyermo Kano adına mətbuat azadlığı  ümumdünya mükafatına layiq görülüb. Ötən il isə azərbaycanlı jurnalist söz azadlığına görə Barbara Qoldsmit mükafatına sahib olub. 

Azadlıq Radiosunun Bakı bürosunun jurnalistidir. Azadlıq Radiosuna gəlməzdən öncə Xədicə İsmayıl 10 il jurnalistikada çalışmış, o cümlədən bir neçə Azərbaycan qəzetində müxbir və redaktor vəzifəsində işləyib.

"Exo”, "Caspian Business News”, "Eurasianet.org”, "Washington Times”, "The New York Times”, "BBC”, "Deutche Welle”, "Voice of America” ("Amerikanın Səsi") kimi kütləvi informasiya vasitələri üçün siyasi və iqtisadi mövzularda yazılar yazıb.

 

anspress.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]