Ölkə

Azərbaycan qadınının yeri həbsxana deyil - Tale Bağırzadə Xədicə İsmayıldan danışdı

30-05-2016, 10:34
Hazırda Kürdəxanı təcridxanasında saxlanan Müsəlman Birliyi Hərəkatının rəhbəri Tale Bağırzadə araşdırmaçı jurnalist Xədica İsmayilın azadlığa çıxma xəbərinə sevindiyini bildirib. Xədicə xanıma salamlarını çatdırmağı xahiş edən Tale Bağırzadə deyib ki, xanım jurnalistin azad olma xəbərini özünün azad olma xəbərindən üstün bilir. "Biz həmişə xanımlarımızın uca tutulmasına tərəfdar olmuşuq və bəyan eləmişik ki, Azərbaycan qadınının yeri həbsxana deyil. İllah da ki ictimai siyasi mövqeyinə görə xanımların həbsə atılması, belə həbslərin adiləşdirməsi bizim daima hiddətimizə səbəb olub. Allah da şahiddir ki, hələ azadlqda olarkən bəyan etmişdim ki, hökumətin Leyla Yunusu, Xədicə İsmayılı azad etməsi qarşılığında mən özüm və əqidədaşlarım könüllü həbxsanaya girməyə hazırdıq”.
Tale Bağırzadə ümidvar olduğun bildirib ki, Xədicə İsmayıl yenə əvvəlki təki cəsurcasına həqiqətləri yazmaqda davam edəcək. O, Xədicə İsmayıla yaradıcılıq uğurları arzulayıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]