Xədicə İsmayıl Baş Prokurorluqdan 29 min manat istəyir
«Qafqazinfo»nun verdiyi xəbərə görə, hakim Azər Tağıyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.
Məhkəmə prosesi avqustun 24-də davam etdiriləcək.
Qeyd edək ki, Xədicə İsmayıl iddia ərizəsində göstərib ki, 2014-cü il dekabrın 5-də CM-in 125-ci maddəsilə ittiham edilərək həbs olunub. O, ötən il martın 6-dək məhz 125-ci maddə ilə həbsdə saxlanılıb. Jurnlalist 91 gün həbsdə saxlandığı üçün Baş Prokorluqdan 29 min 30 manat kompensasiya tələb edib.
Onu da qeyd edək ki, Xədicə İsmayıl jurnalist Tural Mustafayevin özünü öldürmə həddinə çatdırmada şübhəli bilinərək barəsində həbs-qətimkan tədbiri seçilib. Daha sonra Xədicə İsmayılovaya qarşı yeni ittihamlar irəli sürülüb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilib.
X. İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, ona Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə bəraət verilsə də, digər maddələr üzrə 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Ali Məhkəmə kassasiya şikayəti verən X. İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəzlənməsinə dair qərar qəbul edib və o, azadlığa buraxılıb. Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib.
Sonradan Xədicə İsmayıl Cinayət Məcəlləsinin 192-ci maddəsi üzrə işə xitam verilməsini istəyib. Məhkəmə onun barəsində seçilmiş cəza müddətini 3 il 6 aydan 2 il 3 aya qədər azaldıb.