Siyasət

İlham Əliyev və Ərdoğan görüşdü

10-10-2016, 01:44
İlham Əliyev və Ərdoğan görüşdü

Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.

Xeberman.com "Anadolu"ya istinadən xəbər verir ki, İstanbulun Tarabya Köşkündə işgüzar şam yeməyi çərçivəsində baş tutan görüş təxminən 1 saat 15 dəqiqə davam edib.

Mətbuat nümayəndələri üçün qapalı keçən görüş zamanı Azərbaycan və Türkiyə prezidentləri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə ediblər. Dövlət başçıları əlaqələrimizin bütün sahələrdə bundan sonra da genişlənəcəyinə əminliklərini bildiriblər.

Söhbət zamanı münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Sonra dövlət başçıları birgə şam ediblər.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev XXIII Dünya Enerji Konqresində iştirak etmək üçün bu ölkədə səfərdədir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]