Siyasət

Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının BƏYANATI

12-12-2016, 22:23

 Xeberman.com həmin B Ə Y A N A T I təqdim edir:



Terorist, işğalçı sionist İsrail rejiminin  baş naziri Binyamin Netanyahunun Azərbaycana gözlənilən rəsmi səfərinin dövlət  maraqlarımıza zidd olduğunu  bildirərək bu səfərə Təşkilatımız adına etiraz edirik!

İsrail rejimi və onun indiki baş naziri, dinc Fələstin xalqına qarşı  bəşəri  cinayətlər törətmiş, ərazilərini işğal etməklə yanaşı, kütləvi qətliamlar  həyata keçirmişlər. Bu cinayətlər bu gün də davam etməkdədir.

Fələstində hər gün baş verən insan faciəsi nəinki müsəlmanlar tərəfindən, eləcə də Avropa xalqları və xristian camelər tərəfindən də  etirazla qarşılanmış, Netanyahu başda olmaqla bütün hərbi cinayətkarların cəzalandırılması dəfələrlə tələb  edilmişdir.

Azərbaycan dövləti  25 ildən çoxdur ki, erməni işğalı və terroru ilə üz üzədür. Xocalı faciəsi kimi XX əsrin ən dəhşətli qətliamını yaşamış, tarıxı torpaqları hələ də işğal altında olan Vətənimizdə insanlıq qatili, terorist və işğalçı İsrail rejiminin cinayətkar baş nazirinin rəsmi səfəri arzu olunan deyil və haqlı olaraq etirazla qarşılanır.                                           

İndiki halda İsrail rejiminin cinayətkar baş naziri ilə İŞİD teror qruplaşmasının başçısı arasında fərq yalnız birinin təşkilatçı və sifarişçi olması, digərinin isə icraçı olması qədərdir.

Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı cinayətkar rejimin nümayəndələrinin ölkəmizə səfərini arzuolunmaz hesab edərək bu səfərə qəti etirazını bildirir!

Administratorla əlaqə

077 611-55-22

[email protected]