Siyasət

"Maarifçiliyə Dəvət" İctimai Birliyi etiraz bəyanatı verib

14-12-2016, 01:28
"Maarifçiliyə Dəvət" İctimai Birliyi etiraz bəyanatı verib

"Maarifçiliyə Dəvət” İctimai Birliyi İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana edəcəyi səfərlə bağlı etiraz bəyanatı yayıb.

 

Bu barədə "Maarifçiliyə Dəvət” İB-nin Mətbuat Xidmətindən  məlumat verilib.

 

Bəyanatda bildirilir:

"İsrail baş nazirinin Azərbaycana səfəri xəbərini "Maarifçiliyə Dəvət” İctimai Birliyi olaraq dərin təəssüf və narahatlıq hissi ilə qarşılayırıq. Vətəndaş cəmiyyətinin təmsilçisi kimi bu məsələyə münasibət bildirməyi özümüzə borc bilirik.

Bunun üçün siyasətçi olmaq və ya siyasi aspektdən yanaşmaq şərt deyil.

B.Netanyahu zülmkar, qəsbkar və cinayətkar bir rejimin baş naziri, insani dəyərlərə zidd ideologiyanın- sionizmin əsas fiqurlarından olan bir kəsdir.

Bəyan edirik ki, bu səfərə münasibətimiz birmənalı olaraq neqativdir.

Dövlət rəhbərliyi sözügedən prosesi sadəcə olaraq diplomatik protokola uyğun həyata keçirə bilər, amma biz cəmiyyətin səsi olaraq fərdi və ictimai qaydada münasibət bildirilməsini əhəmiyyətli hesab edirik.

Cəmiyyətin ümumi fikri isə belədir ki, İsrail baş naziri dünyada olduğu kimi ölkəmizdə də mənfi imicə malik, qeyri-insani düşüncəli, mənfur niyyətli biri kimi tanındığına görə, vətənimizin adının bu şəxslə halanması bəyənilmir və lüzumsuzdur.

Bundan ötrü də etirazın olması məntiqəuyğundur.

Qeyd edək ki, Azərbaycan yalnız öz haqqı olan üçün mübarizə aparır və başqasının torpağında və ya hansısa sərvətində gözü yoxdur. Hesab edirik ki, bu prizmada Azərbaycan və İsrail əks qütblərdədir. Ona görə də onların bizə qarşı olan münasibətlərində səmimiyətinə inana bilmərik.

İkinci bir tərəfdən isə, Azərbaycanın həm də "İslam Əməkdaşlıq Təşkilatı” üzvü olduğunu və ölkəmizin öz ədalətli mübarizəsində yalnız bu təşkilatdan tam dəstək aldığını nəzərə alaraq, sionist diplomatın səfərinin nəticələrinin heç də yaxşı olmayacağını öncədən demək mümkündür.

Bir daha bu səfəri pislədiyimizi və haqq-ədalət tərəfdarı olan hər kəsi bunu qınamağa çağırdığımızı bəyan edirik.”

 

"Maarifçiliyə Dəvət” İctimai Birliyi

Administratorla əlaqə

077 611-55-22

[email protected]