Siyasət

HDP Türkiyə parlamentində fəaliyyətini bərpa etdi

20-11-2016, 21:26
HDP Türkiyə parlamentində fəaliyyətini bərpa etdi

Türkiyədə Xalqların Demokratik Partiyası (HDP) parlamentdə fəaliyyətini bərpa etmək barədə qərar verib.

APA-nın verdiyi məlumata görə, bunu bu gün Ankaranın Kartal meydanında keçirilən aksiyasında HDP-nin İstanbul rayon təşkilatının həmsədri Doğan Erbaş açıqlayıb.

D. Erbaş partiya rəhbərliyində aparılan son müzakirələrdən sonra Türkiyə Böyük Millət Məclisində fəaliyyətlərini bərpa etmək, parlamentdə daha fəal iştirak etmək barədə qərar verildiyini bildirib.

Qeyd edək ki, noyabrın 6-da HDP Türkiyə parlamentində fəaliyyətini dayandırıb. Buna səbəb terror fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində partiyanın 2 həmsədri də daxil olmaqla, HDP-nin 10 deputatının həbs edilməsi olub.

HDP Türkiyə Böyük Millət Məclisində deputatlarının sayına görə 3-cü partiyadır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]