Türkiyə Böyük Millət Məclisində (TBMM) Xanım deputatlar saçyolduya çıxdılar – FOTO + VİDEO
Oxu.Az AzVision.az-a istinadən xəbər verir ki, davaya Ankaradan bitərəf deputat seçilən Aylin Nazlıakanın özünü tribunaya qandallaması səbəb olub.
Millət vəkillərinin çağırışlarına baxmayaraq, xanım deputat kürsüdən enməyib. Vəziyyətin gərginləşdiyini görən vitse-spiker Bahçekapılı əvvəlcə iclasa 10 dəqiqə, daha sonra isə 45 dəqiqə ara verib. Amma Nazlıaka konstitusiya dəyişikliyinə etirazını davam etdirib.
Xanım deputata HDP və CHP partiyalarını təmsil edən bir neçə millət vəkilindən dəstək gəlib. AKP-li vəkillər isə Nazlıakanı kürsüdən enməyə çağırıb.
Deputatlar Aylin Nazlıakanı kürsüdən etdirmək istəyəndə, o qışqırmağa başlayıb.
Uzun müddət davam edən mübahisə dava ilə nəticələnib. Millət vəkilləri bir-birlərinin saçını yolublar. Dava zamanı iki xanım deputat xəsarət alıb.