Reportaj

"Nardaran işi 3" Hakim nəzarətçilərə tapşırdı ki,dərhal jurnalisti çıxardın (VİDEO)

1-05-2017, 15:27
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran qəsəbəsində baş vermiş insidentlə bağlı saxlanılan Zülfüqar Mikayılov, Elman Ağayev və digər 10 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Xeberman.com saytı bildirir ki,məhkəmə başlamamış hakim Zeynal Ağayev jurnalistlər üçün ayrılmış xüsusi yerdən jurnalistlərin durmağını, məhbus yaxınlarının əyləşdiyi yerdə oturmağını bildirdi.Bu zaman məhbuslar buna etirazını bildirdi.Hakim etirazı rədd etdi.Daha sonra Bayramov Elman şahid qismində ifadə verirdi.Mikrafonun səsi çıxmadığından,səs zala gəlmədiyinə görə məhbuslar,zalda əyləşən insanlar etirazını bildirdi.Hakim isə etiraza əhəmiyyət vermədən prosesi davam etdirirdi.

Jurnalist Arzu Abdulla xahiş edərək bildirdi ki,mikrafonu yandırsınlar səsi eşidə bilmirik.

Hakim isə Arzu Abdullanın dərhal məhkəmə zalını tərk etməsini bildirdi.

Bu zaman məhbuslar və onların yaxınları hakimin bu qərarına etiraz etdi.

Jurnalist Arzu Abdulla isə bildirdi ki,o haqlı olaraq etdiyi xahişin müqabilində zaldan çıxarılması qeyri-qanunidi buna görə də zalı tərk etməyəcəyini bildirdi.

Hakim Zeynal Ağayev isə nəzarətçilərə tapşırdı ki,dərhal jurnalisti çıxardın.

Hüquq müdafiəçisi və jurnalist Rövşən Əhmədli isə hakimin bu qərarının qeyri-qanuni olduğunu bildirdi.

Hakim isə Rövşən Əhmədlinin zalı tərk etməsini bildirdi.

Rövşən Əhmədli isə siz bununla nə etmək istəyirsiniz heç özünüz bilirsiz?

Hakim isə tərbiyəsizlik etmə əli ilə zalı tərk etməsini ona bildirdi.

Rövşən Əhmədli isə hakimə dedi ki,tərbiyəsizliyi siz edirsiz əl hərərkəti ilə heç utanırsız?

Hakim isə Rövşənin qalmağını,onun barəsində xüsusi qərar çıxardacağını,bunun üçün isə müşavirəyə getdiyini bildirdi.Müşavirədən qayıdan hakim Rövşən Əhmədli barəsində xüsusi qərar çıxardaraq bildirir ki,birdə məhkəmə zalına buraxılmasın.Məhbuslar və onun yaxınları buna etiraz edir və məhkəmənin təxirə salınmasını hakimdən tələb edirlər.Hakim isə buna əhəmiyyət vermir.Bu zaman məhbuslar hakim və digərləri üçün bədd dua edir,yaxınları isə amin deyir.Bundan sonra isə hakim məhkəməni təxirə salır növbəti məhkəmə iclası may ayının 8-də saat 11:00 da olacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]