Reportaj

“NARDARAN IŞI-2” Dırnaq arası zərərçəkəni niyə yönləndirirsən? (VİDEO)

10-03-2017, 21:53
Xeberman.com-un verdiyi məlumata görə, bu gün Nardaran 2 işi üzə məhkəmə prosesi hakim Mayıl Bayramov sədrliyi ilə başladı.Məhkəməyə zərərçəkən qismində Sabunçu rayon polis idarəsinin əməkdaşları- Məmmədov Yunus ,Davudov Xəqan,İsmayılov Ramin ifadə verdilər.İlk ifadəni Sabunçu rayon polis idarəsinin əməkdaşı Məmmədov Yunus zərərçəkən qismində ifadə verib.

O,ifadəsində bildirib ki,futbol tədbirində olarkən dindarların Sabunçu rayon polis idarəsinə basqın olunması ilə bağlı onları futboldan bölməyə çağırıblar.Biz polis maşınları ilə idarəyə gəldik.Gələndə gördük ki, Sabunçu rayon polis idarəsinin qarşısında 100-150 adam vardı.Biz xüsusi formada gəldik ora.

Hakim: Xüsusi vasitələri əyninizə geyinib gəldiniz hadisə yerinə.Belə demək istəyirsən?

Məmmədov Yunus:Bəli hörmətli hakim.

Həbs olunanlardan Elçin Qasımov hakimə etiraz edir və deyir:Dırnaq arası zərərçəkəni niyə yönləndirirsən?

Hakim:Otur aşağı! sakit dur!

Elçin Qasımov:hakimə bildirir ki,sən mənə əmr verə bilməzsən.

Məmmədov Yunus danışmağa davam edir. Orada səs-küy salanları əməliyyatçılara təhvil verdik.Həmin vaxtı kaskamın şüşəsi çatlayıb,şit çatlayıb,qandal,dubinka itib.İfadəsi bununla yekunlaşdı.

Vəkil İradə Cəfərova: Siz hadisə yerinə gələndə saat neçə idi?

Məmmədov Yunus:Yadımda deyil,onu bilirəm ki axşam idi.

Vəkil İradə Cəfərova: Sizin şitlə kaskanızın şüşəsi necə oldu sındı?

Məmmədov Yunus: Daş atırdılar.

Vəkil İradə Cəfərova:Burda ittiham olunanlardan kimsə olub orda?

Məmmədov Yunus:Yadıma gəlmir,mən bilən yox burda əyləşənlərdən orda olmayıb.

Vəkil İradə Cəfərova:Sizin qandalınız,dubinkanız necə oldu oğurlandı və kim oğurladı?

Məmmədov Yunus:Görmədim necə oğurlandı.

Vəkil İradə Cəfərova:Necə olur ki,qandalı,dubinkanı sizin əlinizdən alırlar və siz bunu görmürsüz?

Məmmədov Yunus:Adam çox idi. Birdə gördüm yoxdu.

Vəkil İradə Cəfərova:Belə başa düşdüm ki,sizə müqavimət göstərib əlinizdən qandalınızı ,dubinkanızı almayıblar,siz itirmisiz .Düzmü başa düşürəm?

Hakim suala etiraz edir.Bu zaman məhbuslardan Elçin Qasımov ayağa qalxır hakimə bildirir ki,siz hakimsiz yoxsa vəkil?

Hakim isə bildirir :səsini kəs otur aşağı.

Elçin Qasımov:Ağıllı ol,özün səsini kəs, sən mənə əmr verə bilməzsən.

Hakim isə deyir:Mən sənə əmr verirəm sakit dur.

Bu isə digər məhbusları qıcıqlandırır,Ramin Əliyev şüşəyə bir neçə dəfə yumruq vurur,digər məhbuslar isə hakimə tənqidi fikirlər bildirir.Həmin vaxt isə həps olunanların yaxınları da zaldan reaksiya bildirir.Bu zaman həbs olunanlar zalda əyləşənləri sakit olmağa çağır.

Zərərçəkənə növbəti sualı vəkil Elçin Qənbərov verir.

Elçin Qənbərov: Sizin sağlamlığınıza hər hansı bir zərər dəyib hadisə vaxtı?

Məmmədov Yunus:Xeyr dəyməyib.

Elçin Qənbərov:İtən əşyalar sizin özünüzün olub?

Məmmədov Yunus:Yox mənim olamayıb,Polis idarəsinin olub.

Elçin Qənbərov:Hörmətli hakim bunun nəyi zərərçəkəndi gətirmisiz bura?

Həmin vaxtı məhbuslar və zalda əyləşənlər vəkili alqışlayır.

Hakim isə buna etiraz edir. İnsanları sakit olmağa çağırır.

Elçin Qasımov:Siz də haqqı deyin,sizi də alqışlayaq.

Bundan sonra isə zərərçəkənə vəkil Fariz Namazov və ittiham olunanlar suallar verir.

.

Məhkəmənin birinci hissəsi tamam olur. İkinci hissədə isə Sabunçu rayon polis idarəsinin əməkdaşı Davudov Xəqan,İsmayılov Ramin eyni məzmunda ifadə verib
Təqsirləndirilən şəxslərdən Ağaəli Yəhyayev deyib ki, noyabrın 5-də o da Sabunçu RPİ-nin qarşısında olub. Onun sözlərinə görə, məhkəmədə dindirilən polislər yalan danışır, Elçin Qasımova görə ora yığışanların heç biri qanunsuz davranmayıb və kiməsə daş atmayıb. Ümumiyyətlə, atmağa daş da olmayıb. O, həmin gün idarədə məruz qaldığı işgəncələrdən də danışıb:

Buna da bax:​ 'Nardaran işi-2': 'Rəis seyfdən başıqotazlı çubuq çıxardı, dedi 'diz çök...''

“Gedib soruşdum ki, Elçin Qasımovu niyə tutmusunuz? Heç sualımı axıra çatdırmağa imkan vermədilər. Vurub çənəmi əydilər, sürüyə-sürüyə idarəyə aparıb atdılar. Məndən sonra da o biri qardaşlarımızı tutub gətirdilər. Orada palaza qoyulan hörmət bizə qoyulmadı. Üstümüzdə gəzirdilər. Bizə “erməni” deyib təhqir edirdilər. Gözümə necə vurdularsa, gözüm şişdi, o vaxtdan gözümdə problem yaranıb”.
.Bununlada məhkəmə prosesi yekunlaşıb,növbəti məhkəmə prosesi martın 17-si saat 14-00 da olacaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]