Ölkə

«Antalya Mehman»ın himayədarı kimdir?

12-10-2016, 02:35
«AQVA» massaj salonunun sahibi fahişəxanaların hesabına milyonlar əldə edir Bakının Səbail rayonu, Xaqani küçəsi 23/24 ünvanında yerləşən «AQVA» massaj salonu bu gün açış-aşkar şəkildə əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərməkdədir. Bununla bağlı Gundelik-Baku.com-u məlumatlandıran mənbənin sözlərinə görə, adıçəkilən obyektin sahibi «Antalya Mehman» kimi tanınan şəxs şəriki Baxşəli və digərlərilə bərabər hazırda paytaxtın müxtəlif ərazilərində bir neçə «priton» işlədir. Beləliklə, «AQVA» massaj salonunun YAP-nın, Rəssamlar İttifaqının, xüsusi əhəmiyyətli inzibati binaların yaxınlığında yerləşdiyini vurğulayan məlumatlı şəxs bildirir ki, qeyd olunan ünvan həm də yaşayış massivi binasının zirzəmisində yerləşdiyindən gün ərzində orda müştəri axını yaşanır: «Deyilənlərə görə, əslən şuşalı olan Mehman Bakıda bir çox bu tipli obyektlərə rəhbərlik edir. Belə ki, o, sahibi olduğu masaj salonlarını məhz əxlaqsızlıq yuvası kimi işlədir. «Antalya Mehman»ın ən yaxın adamlarından biri isə Şirin adlı şəxsdir. O, bir müddətdir ki, Mehmana məxsus olan «Hills» massaj salonunun icarədarıdır. Bildirilir ki, o, təkcə «Hills»i deyil, həmçinin «AQVA»nı da Mehmandan icarəyə götürüb». «Antalya Mehman»ın yüksək çinli məmurlardan biri tərəfindən ciddi şəkildə himayə olunduğunu iddia edən mənbə qeyd edir ki, «AQVA» massaj salonunun sahibi müştərilərə yüksək səviyyədə xidmət göstərmələri üçün bir sıra xarici ölkələrdən yüngül həyat tərzi keçirən qadınları sahibi olduğu «priton»a cəlb edib: «Bu masaj salonunda yerli qadınlar bir o qədər intim xidmət göstərə bilmir. Bundan narazı qalan müştəriləri razı salmaq üçün Mehman əcnəbi vətəndaşları obyektinə cəlb edib. Deyilənlərə görə, o, əksər müştəriləri, daha doğrusu imkanlı şəxsləri, vəzifə sahiblərini əcnəbi vətəndaşlarla massaj otaqlarında gizli çəkilişlə lentə alaraq sonradan onları şantaj edir. Onu da nəzərinizə çatdırım ki, Nəsimi rayonu Səməd Vurğun küçəsində yerləşən «HİLS» massaj salonu, Yasamal rayonu ərazisindəki «Vostoçnı Bereq» massaj salonu, Nəsimi rayonu Memar Əcəmi metrosunun yanında üzərinə massaj qeyd olunan və keçidi ilə fərqlənən, eyni zamanda ümumi görünüşü diqqəti cəlb edən massaj salonu da «Antalya Mehman»a məxsusdur. O, hər bir obyektdən sutka ərzində qadın bədəninin istismarından külli miqdarda gəlir əldə edilir. İstismar olunan qadınların hər bir isə obyektlə 50 faiz müqabilində işləyir. Bununla da «AQVA» massaj salonunun sahibi fahişəxanaların hesabına milyonlar əldə edir». Bu arada, mövzu ilə bağlı əldə etdiyimiz bilgilərdə o da deyilir ki, təxminən 10 il bundan əvvəl paytaxtda qumarxanaların tək-tük olduğu bir vaxt «Antalya Mehman» da həmin dönəmdə qumarxana sahibi olub: «Deyilənlərə görə, o, oynatdığı oyunu özü oynamağa başladığı gündən iflas etməyə başlayıb. Beləliklə də o, əlində nəyi varsa hamısını qumarda uduzur, sonradan isə Nobel prospektindən Zığ qəsəbəsinə gedən yolun sol istiqamətində «Antalya» restoranını icarəyə götürməklə yenidən arenaya qayıtmaq fikrinə düşür. O, bir müddət həmin obyekti işlədikdən sonra şəhərin mərkəzində bir necə masaj salonı açmağa başlayır. İlk günlər massaj salon kimi fəaliyətdə olan bu obyektlər sonradan fahişəxanalara çevrilib. Lakin nədənsə o vatdan indiyədək Mehmanın əməllərinə hüquqi qiymət verilməyib. Çünki o, nüfuzlu şəxslərdən birinin himayəsindədir və buna görə də özünü olduqca sərbəst hiss edir». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Gundelik-Baku.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]