Gündəm

«Antaliya» Mehmanın Nəşriyyatdakı «sağ əli» kimidir?

23-06-2016, 18:18
Ağabəy Əsgərovun təsərrüfat işləri üzrə müdiri Etibar Hümbətov əxlaqsızlıq yuvaları saxlayan şəxsdən yazan media nümayəndələrini binadan çıxaracağıyla hədələyir 

Ötən günlərdə Bakıda bir çox əxlaqsızlıq yuvaları saxlayan «Antaliya» ləqəbli Mehman adlı şəxslə bağlı məlumat dərc etmişdik. Bildirmişdik ki, paytaxtın düz mərkəzində, hətta YAP-ın mərkəzi qərargahının yaxınlığında belə özünə əzlaqsızlıq yuvası açan bu şəxslə heç kim bacara bilmir. Onun arxasında kimlərin dayandığı və ya kimlərə güvəndiyi də məlum deyil. 
JAM.AZ-ın məsələ ilə bağlı apardığı araşdırma nəticəsində ortaya bəzi maraqlı məqamlar çıxıb. Belə ki, «Antaliya» Mehmanın adının mətbuata yol tapa bilməməsinin konkret səbəbləri var. Məlumatlarda deyilir ki, bu şəxsin bir çox obyektlərinin mediada himayəçisi kimi çıxış edən şəxs «Azərbaycan Nəşriyyatı»nda məsul vəzifə tutan şəxslərdən biridir. 
Qeyd edək ki, nəşriyyatın təsərrüfat işləri üzrə müdiri olaraq tanınan Etibar Hümbətovun «Antaliya» Mehmanla çox yaxşı əlaqələri var. Hətta onun «media sipəri» yaratdığına dair iddialar mövcuddur. Onun uzunmüddət polis orqanlarında çalışdığı, bir müddət əvvəl isə təqaüdə çıxdığı bildirilir. 
Onun xüsusən də «Antaliya» Mehmana məxsus olan «Vostoçnıy Bereq» adlı əxlaqsızlıq yuvasını himayə etdiyi deyilir. JAM.AZ-a verilən məlumatlarda vurğulanır ki, Etibar Hümbətov Nəşriyyatda əyləşmiş media təmsilçilərinə xəbərdarlıq edib ki, əgər hər hansı biri «Antaliya» Mehman adlı şəxs haqqında yazı yazarsa, nəinki otağından, hətta binaya girişdən məhrum ediləcək. Bu azmış kimi, «Antaliya» Mehmandan yazan media nümayəndələrinin yanına gələn şəxsləri də binaya buraxmır. İşin gülməli tərəfi isə odur ki, Etibar Hümbətov bu məsələdə Tural adlı polis idə əməllərinə şərik edib. Yəni, onun əliylə «incitmə əməliyyatı»nı həyata keçirir. 
Bildirək ki, Azərbaycan Nəşriyyatının rəhbəri keçmiş deputat Ağabəy Əsgərovdur. Onun hakimiyyətin ən etibarlı adamlarından biri olduğu da şübhəsizdir. Əsgərovun özünə Etibar Hümbətov kimi şəxsi təsərrüfat işləri üzrə müavin götürməsi qətiyyən başadüşülən deyil. Üstəlik, ortada nəşriyyatın özüylə bağlı da bəzi məqamlar var. Məsələn, əgər hər hansı bir media işçisi Nəşriyyatın binasında özünə ofis tutmaq istəyərsə, bunun üçün 300 manat «şirinlik» alınır. Etibar Hümbətov özü dəfələrlə etiraf edib ki, həmin pulun 200 manatı rəhbərliyin, 100 manatı da onundur. Onun dediklərindən belə başa düşülür ki, aldığı 300 manatın 200 manatı başda Ağabəy Əsgərov olmaqla, nəşriyyatın digər rəsmiləri arasında bölüşdürülür. Bunun nə qədər inandırıcı olduğunu demək çətindir. Lakin ortada dolaşan fikirlər və deyilənləri nəzərə alsaq, məsələnin daha çox kiminsə adından sui-istifadə edilməsi kimi başa düşüldüyü assosasiya edilir. 
JAM.AZ xəbər verir ki, «Antaliya» Mehmanın əsas əxlaqsızlıq yuvaları «Aqva», «Hils», «Vostoçnıy Bereq», «Diana» və «Jasmin»dir. Bundan başqa onun Zığ yolunun üzərində yerləşən «Antaliya» adlı restoranı da var. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]