Ölkə

214 saylı orta məktəbin direktoru nəyin hesabına xan kimi yaşayır? Daha Ətraflı: http://gundelik-baku.com/index.php?newsid=41758 İstənilən məlumatdan istifadəyə yalnız gundelik-baku.com saytına istinad etməklə icazə verilir

21-06-2016, 15:37
Fəridə Rəcəbova şagirdlərlə kobud rəftar edir, hətta bəzi müəllimlərə qarşı ayrı-seçkiliyə yol verir Əsası 1963-cü ildə qoyulan, paytaxtın Nizami rayonunda yerləşən Vüqar Sadıqov adına 214 saylı orta məktəbdə bir müddət öncə əsaslı təmir işləri aparılsa da, məktəb yeni mebel, avadanlıq, kompüter və elektron dərs vasaitlərilə təchiz edilsə də, Fəridə Rəcəbovanın direktoru olduğu bu təhsil ocağında təlim-tədrisin səviyyəsi olduqca aşağıdır. Bu və digər bir sıra önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la paylaşan məlumatlı şəxs bildirir ki, 214 saylı orta məktəbdə özbaşınalıq pik həddə çatıb. Belə ki, Fəridə Rəcəbovanın bir neçə gün əvvəl, daha dəqiq desək, iyun ayının 7-də rəhbərlik etdiyi təhsil müəssisəsində ad gününü təntənəli surətdə qeyd etdiyini vurğulayan mənbənin sözlərinə görə, bunun üçün bir ay öncədən hazırlıqlar başlanıb, ibtidai və yuxarı siniflərin rəhbərləri səfərbər edilib: «Deyilənlərə görə, bu işdə əsas yük sinif rəhbərlərinin üzərinə düşüb. Bildirilir ki, onlar valideynlərdən direktorun ad günü münasibətilə pul yığıb. Bundan başqa, o da qeyd olunur ki, məktəb direktorunun ad günü münasibətilə həyata keçirilən pul yığımını onun müavinləri Şəlalə Mütəllimova və Natalya Məmmədova həyata keçirib. Düzdür, əksər valideynlər buna narazılıq etsələr də, övladlarına əlavə problemlər yaradılmasından ehtiyat etdikləri üçün sonda sinif rəhbərlərinin tələb etdikləri məbləği ödəməli olublar». Bu arada, Fəridə Rəcəbovanın bu yaxınlarda müqaviləsinin vaxtının başa çatdığını iddia edən məlumatlı şəxs bildirir ki, hazırda 214 saylı orta məktəbdə mövcud olan ən böyük problemlərdən biri də direktorun şagirdlərlə kobud rəftar etməsi, hətta bəzi müəllimlərə qarşı ayrı-seçkiliyə yol verməsidir: «Məhz elə bu səbəbdən də Fəridə Rəcəbovanın rəhbərlik etdiyi təhsil müəssisəsilə bağlı şikayətlərin ardı-arası kəsilmir. Çünki məktəb direktorunun yol verdiyi nöqsanlar, onun şagirdlər, valideynlər və hətta müəllimlərlə qarşı sərt davranışları, qeyri-qanuni hərəkətləri bitib-tükənmək bilmir. Deyilənlərə görə, Fəridə Rəcəbova məhz 214 saylı orta məktəbdən qazandığı pullar hesabına bu gün xan kimi həyat sürür, yağ-bal içində yaşayır. İş o yerə çatıb ki, artıq o topladığı sərvət hesabına əhalinin ən varlı təqəbəsi sırasında qərarlaşıb. Ümumiyyətlə, qeyri-qanuni kadr dəyişikliyi, icbari qaydada həyata keçirilən pul yığımları Fəridə Rəcəbovanın rəhbərlik etdiyi təhsil müəssisəsində pedaqoq və şagird heyətini narazı salmaqla yanaşı, tədrisin keyfiyyətinə də mənfi təsirini göstərməkdədir. Çünki direktor tərəfindən hətta müəllim kollektivindən müxtəlif pul yığımlarının həyata keçirilməsi halları vəziyyəti daha da gərginləşdirib. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, Fəridə Rəcəbova 214 saylı orta məktəbə direktor təyin olunduğu gündən bu təhsil ocağının qara günləri başlayıb. Belə ki, onun fəaliyyəti təkcə orta məktəbdə təhsil alan şagirdlərin, həmin şagirdlərin valideynlərinin deyil, müəllimlərin də ciddi narazılıqlarına səbəb olur. Məktəbdə özbaşınalıq elə bir həddə çatıb ki, şagirdlərin və müəllimlərin məktəbə gəlmək həvəsi xeyli azalıb. Çünki şəxsi maraqlarının təmin olunmasına dair məsələlər Fəridə Rəcəbovanın başını necə qatıbsa, o, hətta məktəbdə keçirilən bir sıra mühüm tədbirlərə belə, yetərincə maraq göstərmir. Bütün bunlarla bağlı dəfələrlə Təhsil Nazirliyinə və digər müvafiq qurumlara müraciət olunsa da, nədənsə hələ də Fəridə Rəcəbovanın əməllərinə lazımı qaydada qiymət verilməyib. Görünən odur ki, direktor kimlərsə tərəfindən ciddi şəkildə müdafiə olunur və məhz buna görə də aidiyyəti orqanlar 214 saylı orta məktəbdə olanları görməzdən gəlirlər». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Gundelik-Baku.com

Administratorla əlaqə

077 611-55-22

[email protected]