Ölkə

Bakıda həbs olunan silahlı ”razborşik” deputatın qohumudur

12-06-2016, 17:47

Bir neçə gün əvvəl Bakıda silahla həbs olunan şəxslə bağlı maraqlı təfərrüatlar ortaya çıxıb. Criminal.az-a verilən məlumata görə, paytaxtda silahla gəzən gənc deputatın qohumudur.

Həbs olunan şəxs Tural Əlikram oğlu Haqverdiyevdir. Onu bir neçə gün əvvəl Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşları tutub. "Volkswagen” markalı avtomobilinə baxış zamanı nömrəsi silinmiş "Makarov” tipli tapança və 4 ədəd patron, habelə cibindən 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Nərimanov rayon Polis İdarəsindən Criminal.az-a verilən məlumata görə, Tural Haqverdiyev millət vəkili Madər Musayevin bacısı nəvəsidir. O, saxlanılan zaman polis əməkdaşlarına da müqavimət göstərib, onları yumruqla vurub.

T.Haqverdiyevin kriminal aləmə yaxın olduğu deyilir. Tez-tez mübahisəli söhbətlərin həllində iştirak edir.

Administratorla əlaqə

077 611-55-22

[email protected]