Əsas Səhifə / Ölkə / Kriminal

"Küçədən, sarı "klyok"da tapmışam" - 1400 manat saxta pulla saxlanılan şəxs - VİDEO

28-01-2016, 00:11

Üzərlərində saxta pul, beşbarmaq və bıçaq olan şəxslər saxlanıldı.

Bakıda polisin keçirdiyi əməliyyatla üzərində 1400 manatdan çox saxta əsginaz olan şəxs saxlanılıb. Saxta əsginazları ona verən şəxslər də qanundan qaça bilməyiblər.

Səbail Rayon Polis İdarəsi 39-cu Polis Bölməsi əməkdaşlarına Mingəçevir şəhər sakini Turan Yusifovda saxta pul əsginazları olması barədə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zamanı həmin şəxs saxlanılaraq bölməyə gətirilib. Onun üzərindən ümumilikdə 1425 manat - 25 ədəd 50, 8 ədəd 20 və 3 ədəd 5 manatlıq saxta əsginaz aşkar edilərək götürülüb.

Əməliyyat tədbirinin davamı olaraq Yusifova saxta pulları verən əvvəllər məhkum edilmiş Yevlax rayon sakini Kənan Əliyev və Tərtər rayon sakini Turqut Fətəlizadə də saxlanılıblar. Onların üzərində soyuq silah hesab olunan bir ədəd beşbarmaq və bıçaq aşkar olunub.

Kənan Əliyev - saxlanılan şəxs: "8-9 gün bundan əvvəl Nizami metrosunun arxasından evə gedəndə küçəyə atılmış sarı "klyok"un içində pul tapdım. 1400 manat pulu götürüb, özümdə saxladım. Sahildə küçə ilə gedərkən dostlarımı gördüm. Onlara yaxınlaşıb salamlaşanda polis əməkdaşları məni tutdular".

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Region TV

Administratorla əlaqə

077 611-55-22

[email protected]