Ölkə

Lənkəranda mədrəsəni bağlatdıran axundun rəqs etmə videoları yayıldı

14-03-2016, 16:30
Lənkəranda baş verən hadisələri ötən günlərdə sizə bildirmişdik. Xatırladaq ki, ötən gün gecə radələrində Lənkəranın Əbəlfəz Abbas məscidinin yanında yerləşən mədrəsədə (Hüseyniyə) xoşagəlməz hadisə baş verdi. Belə ki, Əlifov Ramiz adlı (oranın axundu) şəxsin mədrəsəyə gecə qadınla gəlməsi Lənkəran camaatının haqlı etirazına səbəb oldu. Bu haqda danışmışdıq. Hadisənin geniş şəkildə ölkədə yayılmasından narahat olan rəsmilər bu məsələnin həll edəcəklərini və həmin şəxsin axundluqdan çıxaracaqlarına dair söz verdilər və xeberman.com saytında gedən xəbərini silinməsini istədilər.
 
Lənkəranda mədrəsəni bağlatdıran axundun rəqs etmə videoları yayıldı

Lənkəranda mədrəsəni bağlatdıran axundun rəqs etmə videoları yayıldı
 
 
Xeberman.com saytı olaraq bizdə söz verdik ki, əgər mədərsə açılsa, o axund oradan uzaqlaşdırılsa və oranın camaatı da bunu təsdiq etsə biz də xəbəri silərik. Verdikləri sözə görə məsələ indiyəcən həllini tapmalı idi. Amma təəssüf ki hələ də heç bir xəbər yoxdur. Lənkəran sakinləri də öz növbələrində bu şəxsin bir sıra video kadrlarını yayacaqlarını qeyd ediblər. Əlifov Ramizin rüşvətə halal deməsini əks etdirən video kadrların da olduğu qeyd olunur. Bu gün youtub sosial şəbəkəsində Əlifov Ramizin toyda rəqs etdiyini əks etdirən video kadrlar yayılıb. Onu olduğu kimi təqdim edirik.
 
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
 
Lənkəranda mədrəsəni bağlatdıran axundun rəqs etmə videoları yayıldı
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]